Peşə təhsili müəssisələrində dəyişiklik: Dərslər iki növbəli olacaq

Peşə təhsili müəssisələrinin saxlanması üçün büdcədən ayrılan vəsait artırılıb.

Sherg.az xəbər verir ki, bunu peşə təhsili müəssisələrinə tələbə qəbulu prosesi ilə bağlı bu gün keçirilən brifinqdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov deyib.

O bildirib ki, son beş ildə Peşə təhsili müəssisələrinin saxlanılmasına ayrılan vəsait 50 faiz artıb.

"Peşə təhsili müəssisələrinə tələbə qəbulunun da bu il artacağını gözləyirik. Qəbul planı Bakı üzrə 40, regionlar üzrə isə 60 faizdir. Biz bir çox müəssisələrimizdə qəbulu maksimuma çatdırmışıq. Artıq tədris planında edilən dəyişikliyə əsasən bu il Bakıda bir çox peşə təhsili müəssisələrində dərslər iki növbəli təşkil ediləcək" - deyə o qeyd edib.