Nərgiz İsmayılova Qarabağ Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə, Fariz Əhmədov elm və innovasiya məsələləri üzrə prorektor vəzifələrinə təyin olunublar.
Elm və Təhsil Nazirliyindən Sherg.az-a verilən xəbərə görə, bu barədə nazir Emin Əmrullayev müvafiq əmr imzalayıb.
Nərgiz İsmayılova bu təyinatadək Təhsilin İnkişafı Fondunun (TİF) Layihələrin idarə olunması şöbəsinin müdiri və TİF-in İdarə Heyətinin sədr müavini vəzifələrində, Fariz Əhmədov isə UNEC-in elm və innovasiya məsələləri üzrə prorektoru vəzifəsində işləyib.