
Dietoloq: Nə gəldi yeyib, bir stəkan yaşıl çay içməklə arıqlamağı gözləməyin
13:58 04.11.2024
Sağlamlıq
593
Bəzən artıq bədən çəkisi olanlar necə olursa-olsun, ondan tez və qısa zamanda xilas olmağa çalışırlar. Hətta arıqlamaq həvəsi o həddə çatır ki, hər deyilənə inanır, hər eşitdiyinə əməl etmək istəyirlər. Məsələn, bir çoxu yaşıl çayın arıqlamaq üçün əvəzsiz vasitə olduğunu deyirlər. Bəs iddialar həqiqəti əks etdirirmi? Yaşıl çayın hansı zərəri və yaxud faydaları var?
Mövzu ilə bağlı danışan dietoloq Tutu Zeynalova "Sherg.az"a deyib ki, yaşıl çay polifenollarla zəngindir:

"Onun tərkibindəki epiqallogetikin adlı maddə orqanizm üçün olduqca faydalıdır. Çünki həm maddələr mübadiləsi üçün effektivdir, həm də beyindəki koqnitiv funksiyalara kömək edir. Bəziləri yaşıl çay içən insanların qarın bölgəsində piylənməyə az rast gəlindiyini, digərləri əksər xərçəng növlərinin qarşısını aldığını və ürək-damar xəstəliyində effektiv olduğunu söyləyir. Lakin bunlar iddialardır. Doğrudur, yaşıl çay arıqlamağa kömək edən dəstəkləyici vasitədir. Buna baxmayaraq, əlinə nə gəldi yeyib, bir stəkan yaşıl çay içməklə arıqlamağı gözləməyin. Çünki insanı tək başına hansısa qida və ya içki arıqlada bilməz. Əgər balanslı qidalanmayaraq normal yatmasaq, əlavə olaraq fiziki aktivliyimiz sıfır səviyyəsində olsa, heç bir qida və çay bizi arıqlatmayacaq. Bütün bunlar həmin an insanın psixoloji durumundan istifadə edib yaşıl, digər çayları biznesinə çevirmək istəyənlərin yaratdığı ajiotajdır. Təbii ki, yaşıl çayın faydalarını danmaq olmaz. Hər gün bir fincan içmək məqsədəuyğundur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya