
"Şahbaz Şərifin səfəri münasibətlərin yüksəlməsinə mühüm töhfələr verəcək - ŞƏRH
12:47 24.02.2025
Siyasət
453
"Ölkələrimiz arasında dərin iqtisadi, siyasi, ticarət, hərbi, mədəni və humanitar münasibətlər mövcuddur"
"Azərbaycanla Pakistan arasında münasibətlər çox yüksək və strateji tərəfdaşlıq səviyyəsindədir. Bizi ilk müstəqil dövlət olaraq tanıyan dövlətlərdən biri də Pakistandır. 44 günlük Vətən müharibəsində də Pakistan xalqımızın haqlı mövqeyini dəstəkləyib".
Bu barədə "Sherg.az"a açıqlamasında siyasi şərhçi Azər Niftiyev deyib.
Ekspert bildirib ki, hələ ötən əsrin 90-cı illərinin əvəllərində Baş nazir Benazir Bhuttonun dəvəti ilə Pakistana səfər edən ümummilli lider Heydər Əliyev dövlətlər arasındakı münasibətlərin qardaşlıq səviyyəsinə çatacağını və böyük gələcəyi olduğunu bəyan edib:

"Qısa müddət sonra Prezident Faruk Əhməd Xan Leqari ölkəmizə təşrif buyurub. Prezident İlham Əliyev də Azərbaycanla Pakistanın arasındakı münasibətlərə xüsusi önəm verir. Məhz İlham Əliyevin və İslamabadın səyləri sayəsində bu müttəfiqlik münasibətləri keyfiyyət etibarilə yeni bir mərhələyə qədəm qoyub. Azərbaycanla Pakistanın arasında strateji tərəfdaşlığa dair Bəyannamə buna bariz nümunədir. Pakistan ötən ilin noyabrında Bakıda təşkil olunan və beynəlxalq iqlim müzakirələrinin aparıldığı COP sammitində də fəal iştirak edib. Pakistanın dövlət başçısı bu məqsədlə Bakıya səfər edib. BMT, İƏT, Qoşulmama Hərəkatı və digər təsisatlarda təmsil olunan hər iki dövlət qarşılıqlı dəstəyi təmin edib və hər zaman bir-birinin yanında olub. Ölkəmizin D-8 təşkilatına üzv qəbul edilməsinə əsas dəstək verən dövlətlərdən biri də Pakistan olub. Bu gün ölkələrimiz arasında dərin iqtisadi, siyasi, ticarət, hərbi, mədəni və humanitar münasibətlər mövcuddur. Qarşılıqlı ticarət dövriyyəmiz yüksək, artan dinamikadadır. Bu istiqamətdə mühüm və strateji addımlar atılır, vacib layihələr icra olunur".
Analitik qeyd edib ki, iki dövlət arasında hərbi əməkdaşlıq səviyyəsi də çox yüksəkdir:
"Birgə hərbi təlimlər təşkil edilib, müdafiə sənayesi sahəsində əməkdaşlıq genişləndirilib. Azərbaycan bu sahədə qardaş ölkənin təcrübəsini əxz edərək, qüdrətli Azərbaycan Orusunun döyüş hazırlığının artırılmasında istifadə edib. Aviasiya və müdafiə texnologiyaları sahəsində əməkdaşlığımız uğurla davam etməkdədir. Heç şübhəsiz Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifinin ölkəmizə növbəti səfəri qardaş ölkələr arasındakı münasibətlərin yüksəlməsinə mühüm töhfələr verəcək. Rəsmi səfər əsnasında ayrı-ayrı sahələr üzrə imzalanan sənədlər, hər iki liderin iştirakı ilə təşkil edilmiş mübadilə məclisi bunun aydın təzahürü və qarşılıqlı əməkdaşlığın gələcəyinə yatırılan qiymətli investisiyadır".
Qalereya
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pivə qan damarları üçün faydalıdırmı?
08:20 27.05.2026
Sağlamlıq
“17 yaşımda striptiz-klubda işləyirdim”
07:51 27.05.2026
Şou
Avropaya səyahət edənlərin NƏZƏRİNƏ...
06:43 27.05.2026
Maraqlı
Çox yatmaq hansı xəstəliklərdən xəbər verir?
04:42 27.05.2026
Sağlamlıq
Cazın əfsanəsi dünyasını dəyişdi!
04:04 27.05.2026
Şou
Kütləvi işsizlik gözlənilir? - "OpenAI" rəhbəri danışdı
03:33 27.05.2026
Texnologiya
“Real Madrid”də prezident seçkilərinin vaxtı açıqlanıb
02:54 27.05.2026
Futbol
Netanyahu: İsrail 2 500-dən çox "Hizbullah" terrorçusunu məhv edib
00:40 27.05.2026
Dünya
Azərbaycanda Qurban bayramı qeyd olunur
00:17 27.05.2026
Cəmiyyət
İsrail HƏMAS-ın yeni liderini olduğu bazaya hücum etdi
23:59 26.05.2026
Dünya
İlham Əliyev Qurban bayramı ilə bağlı paylaşım edib
23:11 26.05.2026
Rəsmi
Mahmud Abbas İlham Əliyevi təbrik edib
22:38 26.05.2026
Rəsmi
Netanyahu: İsrail Livanda əməliyyatı genişləndirir
21:51 26.05.2026
Dünya
Şərif Ərdoğanla regional məsələləri müzakirə edib
21:38 26.05.2026
Region
Ceyhun Bayramov və İshaq Dar bu məsələləri müzakirə ediblər
21:26 26.05.2026
Siyasət