Xankəndidə liderlərin toplanması böyük əhəmiyyət daşıyır - ŞƏRH
Yusif Nəzərli
07:49 03.07.2025
Gündəm
290
Əlbəttə, Zirvə görüşündə alınacaq qərarlar da önəmli olacaq
Xəbər verdiyimiz kimi İran Prezidenti Məsud Pezeşkian yenidən Azərbaycana gələcək. Pezeşkian səfər çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xankəndi şəhərində təşkil olunacaq 17-ci Zirvə görüşündə iştirak edəcək. Qeyd edək ki, iyulun 3-4-də keçiriləcək sammitə digər ölkələrin dövlət və hökumət başçıları da qatılacaqlar.
Xankəndi və ümumilikdə Qarabağ həm də diplomatik və simvolik mənada regional proseslərin mərkəzinə çevrilib. Xüsusən, İran rəhbəri M.Pezeşkian və türk dövlətlərinin başçılarının İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində Xankəndidə toplanması Bakının postmünaqişə dövründə mühüm aktor rolunda çıxış etməsinin göstəricisidir. Bu cür səfərlər Azərbaycanın öz torpaqları üzərində tam suverenlik nümayiş etdirməsinin və bölgənin gələcəyinin artıq Bakıdan yazıldığının beynəlxalq ictimaiyyətə bəyanıdır. Eyni zamanda Tehranı bölgədəki reallıqlarla barışmağa sövq edən bir məqamdır.
Politoloq Natiq Miri "Sherg.az"a açıqlamasında deyib ki, İran İƏT-in Zirvə görüşündə prezident səviyyəsində təmsil olunarsa, bunu çox müsbət hadisə kimi dəyərləndirmək olar. Ekspertin sözlərinə görə, İran dövlət başçısının Xankəndidə keçiriləcək beynəlxalq tədbirdə iştirakı bir ilk olacaq:
"Eyni zamanda hər zaman Ermənistanın yanında yer alan İran dövlətinin başında duran şəxsin məhz Qarabağın mərkəzi şəhəri Xankəndidə olması, orada tədbirdə iştirakı həm də həmin bölgənin Azərbaycan şəhəri olmasını ictimai rəydə bir daha legitimləşdirir. O baxımdan müsbət hadisədir. Başqa tərəfdən bir tədbirdə yalnız dövlət başçıları səviyyəsində təmsil Zirvə görüşünü keçirən ölkənin bilavasitə nüfuzu ilə bağlıdır. Bu, həmin dövlətə olan yüksək münasibəti göstərir. Bəzən dövlət başçıları hansısa məsələləri bəhanə etməklə aşağı ranqlı məmurları tədbirlərə göndərirlər. Ancaq Türkiyə, Pakistan və Orta Asiya ölkələrinin liderləri bu kimi tədbirlərdə birbaşa özləri iştirak edirlər. Bu, Azərbaycanın geosiyasi maraqlarına xidmət edir. İndiki həssas bir dönəmdə, xüsusən Rusiyadan Azərbaycana təzyiqlər fonunda Xankəndidə liderlərin toplanması böyük əhəmiyyət daşıyır. Əlbəttə, Zirvə görüşündə alınacaq qərarlar da önəmli olacaq. Ümumiyyətlə, belə bir tədbirin Xankəndidə təşkil olunması Qarabağ üçün siyasi əhəmiyyət kəsb edən məsələdir. Bu, düşünülmüş bir siyasətin tərkib hissəsidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Piyada şəhərin ən üst pilləsində olmalıdır” - Ekspert
15:54 04.05.2026
Aktual
4,5 milyon manatlıq müəssisə ləğv edildi
15:44 04.05.2026
Gündəm
“Liverpul”dan antirekord
14:51 04.05.2026
Futbol
Dövlət sərhədini pоzduqlarına görə 18 nəfər saxlanılıb
14:26 04.05.2026
Hadisə
Türkdilli xalqların deportasiya və soyqırım günü təsis edilməlidir
14:24 04.05.2026
Aktual
Faciəvi yanğında ölən modelyerin qızı niyə hələ də sağalmayıb?
13:56 04.05.2026
Cəmiyyət
SEPAH: Hörmüz boğazında yeni idarəetmə zonası müəyyən edilib
13:34 04.05.2026
Gündəm
İrəvanda Makrondan Köçəryan və Sərkisyana ittihamlar
13:22 04.05.2026
Gündəm
Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
13:05 04.05.2026
İdman
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi
Zelenski İrəvanda Azərbaycandan danışdı
12:31 04.05.2026
Cənubi Qafqaz