Abituriyentlər virus və imtahan stressi yaşayır
Şəymən Bayramova
08:32 08.07.2020
Elm və Təhsil
1364
Kamran Əsədov: "Şagirdlər qısa vaxt ərzində ard-arda imtahan verməli olacaqlar"
Gürcüstanda sabahdan etibarən Vahid Milli İmtahanlara start verilib. İmtahanlar ölkə üzrə 24 imtahan mərkəzində həyata keçiriləcək.
Milli İmtahanlar Mərkəzinin məlumatına əsasən, koronavirus səbəbi ilə hər bir abituriyent imtahan mərkəzinə maska ilə gəlməlidir. Qeydiyyatdan keçərək masada əyləşdikdən sonra isə abituriyentlərin maskanı çıxarmaq imkanları olacaq.
İmtahan mərkəzində hərarət 30 dərəcədən yuxarı olarsa, kondisionerlərin işləməsinə icazə veriləcək. Kondisionerlər işlədiyi təqdirdə isə, abituriyentlər maska taxmalı olacaqlar. Hər bir abituriyent imtahan mərkəzinə imtahan vərəqi və şəxsiyyət vəsiqəsi ilə gəlməlidir.
Azərbaycanda isə hələ də imtahan prosesinin nə vaxt və necə keçiriləcəyi məlum deyil. Operativ Qərargah tərəfindən vaxtaşırı tətbiq edilən sərt karantin rejimi imtahanlarla bağlı yekun qərara mane olur.
Təhsil eksperti Kamran Əsədov da o fikirdədir ki, pandemiya ilə əlaqədar mart ayında dərslərin bağlanmasından sonra tədris sisteminin növbəti mərhələsində atılacaq addımlarla bağlı qərarsızlıq müşahidə olunur: "Koronaviusa qarşı mübarizə çərçivəsində mart və aprel ayında keçirilməsi nəzərdə tutulan buraxılış imtahanları təxirə salındı. Daha sonra karantin rejiminin yumşalması ilə bağlı məlum qərardan sonra imtahanların vaxtı iyun ayına təyin olundu. Bu zaman isə imtahanda iştirak edən şagirdlərin sayı azlıq təşkil edirdi. İyun ayının 10-dan bu günə qədər keçirilən imtahanlarda 133338 nəfər şagird iştirak edib".
Hər dəfə pandemiya səbəbindən imtahanların təxirə salındığını qeyd edən K.Əsədov deyib ki, bu hal şagirdlər arasında ciddi psixoloji gərginlik yaradır. Bu proses onların növbəti imtahana hazırlaşmasına əngəldir:
"Təsəvvür edin Bakı şəhəri üzrə Nərimanov, Xətai və Qaradağ rayonlarında təhsil alan şagirdlər imtahanların birinci mərhələsini verib, rahat şəkildə ikinci mərhələyə hazırlaşırlar. Digər rayonlarda təhsil alan şagirdlər isə həm birinci, həm ikinci mərhələyə hazırlaşırlar. Bu artıq abituriyentlər arasında ayrıseçkilik və imtahandan kənarda qalan şagirdlərin hüquqlarının pozulması kimi dəyərləndirilməlidir. Rus bölməsinin abituriyentləri üçün vəziyyət daha gərgindir. Karantin müddəti başa çatandan sonra şagirdlər qısa vaxt ərzində ard-arda imtahan verməli olacaqlar".
Ekspertin fikrincə, qaydaları müəyyən qədər yumşaldıb şagirdlərin imtahanda iştirakına şərait yaradılmalıdır:
"Onsuz da pandemiya dövründə imtahanların keçirilməsi müəyyən epidemioloji qaydalara riayət etməklə həyata keçirilir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
AZAL-ın gənc pilotu təlim uçuşlarını başa vurub - FOTO
17:15 12.11.2026
Gündəm
Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
17:13 12.11.2026
Hadisə
Sona Qazaryan: KTMT artıq özünü tükədib
16:45 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində Maya Sandu ilə görüşüb
16:21 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir
16:03 12.11.2026
Gündəm
“Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
15:37 12.11.2026
Ölkə
Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb
15:13 12.11.2026
Gündəm
"Mançester Yunayted” baş məşqçi Maykl Kerriki istefaya göndərib
14:09 12.11.2026
Futbol
Aİ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək
13:54 12.11.2026
Gündəm
İrəvan TRİPP-ə görə bu qanunu dəyişir
13:52 12.11.2026
Gündəm
Daxili Qoşunların keçmiş komandanına ağır itki
13:37 12.11.2026
Hadisə
Generalın qızı hakim qarşısına çıxarılır
13:27 12.11.2026
Hadisə
Arif Mirzəyevin nəşi Azərbaycana gətirilir
12:52 12.11.2026
Mədəniyyət
Valentina Matviyenko Ermənistana xəbərdarlıq etdi
12:50 12.11.2026
Dünya
Sabah 20 dərəcə isti olacaq
12:31 12.11.2026
Ekologiya