ABŞ-də saxalanılan azərbaycanlı tələbənin vizası yox imiş

ABŞ-dən deportasiyası ləğv edilmiş azərbaycanlı tələbəyə dair yeni faktlar üzə çıxıb.

"Yeni Sabah" New York Post-a istinadla xəbər verir ki, ICE agentlərinin kampus mənzildə saxladığı Kolumbiya Universitetinin tələbəsi Nyu-York meri Zohran Mamdanininin Prezident Trampdan zəmanət almasından sonra sərbəst buraxılıb.

“Prezident Trampla telefonda danışdım. Kolumbiya tələbəsi Elmina Ağayeva ilə bağlı narahatlıqlarımı onunla bölüşdüm”, - deyə Mamdani "X"də yazıb.

Bundan bir neçə saat sonra Kolumbiya Universiteti Elmina Ağayevanın azadlığa buraxılması ilə bağlı bəyanat yayıb.

Kolumbiya Universitetinin 2026-cı il məzunu Elmina Ağayeva səhər saat 6:30 radələrində saxlanılıb. O, "Instaqram" paylaşımında "Məni qanunsuz olaraq həbs etdilər. Xahiş edirəm kömək edin", - yazıb.

ICE-dan bildirib ki, Ağayeva dərslərə qatılmadığı üçün hələ 2016-cı ildə Obama administrasiyası tələbə vizasını ləğv edib və o, Azərbaycandan olan qanunsuz immiqrantdır.