“Attestatla təhsil alanların diplomlarının tanınmasında problemlər var”
Yusif Nəzərli
14:08 10.11.2022
Elm və Təhsil
1074
"Diplomların tanınması ilə bağlı mövcud qanunvericiliyin tələbi ondan ibarətdir ki, namizədlər 4-5 il ərzində Bolqarıstan, Danimarka, Belçika, Türkiyə və digər xarici universitetlərdə təhsil alıblarsa, ölkədən giriş-çıxışları vətəndaş pasportunda əksini tapmalıdır".
Bu sözləri "Sherg.az"a təhsil eksperti Elçin Əfəndi deyib. Onun sözlərinə görə, vətəndaşın təhsil aldığı ixtisas üzrə biliyinin olması vacibdir:
"Paralel olaraq, tələbənin tədris müddətində mənimsədiyi əlavə dil (xarici) bilgiləri yoxlanılır. Təbii ki, adıçəkilən parametrlərə cavab verirsə, diplomun tanınması ilə bağlı hər hansı əngəl yoxdur. Müraciətinin müsbət qərarla yekunlaşması üçün vətəndaşlar Elm və Təhsil Nazirliyinin (ETN) tabeliyində Təhsildə Keyfiyyət və Təminat Agentliyində müvafiq sorğu göndərirlər, dövlət rüsumu ödəyirlər. Diplom tanınacaqsa, bu barədə müraciət edən şəxsə məlumat verilir".
E.Əfəndi vurğulayıb ki, xüsusilə də, attestatla təhsil alan şəxslərin diplomlarının tanınmasında problemlər var:
"Prosesin gedişatında bu kimi maneələr məhz distant (qiyabi) təhsil formasında öz əksini tapıb. Əngəllərin aradan qalxması üçün tələb olunan şərtlərə mütləq cavab vermək lazımdır. Problemlə üzləşmədən diplomun ölkəmizdə daha asan təsdiqlənməsini istəyiriksə, ilk növbədə, nəzərdə tutulan universiteti araşdırmaq vacibdir. Ali təhsil müəssisəsinin kifayət qədər nüfuzlu olub-olmadığı barədə məlumat almaq lazımdır.
Eyni zamanda diplomun ölkəmizdə tanınma səviyyəsini müəyyənləşdirmək üçün ETN-nin Təhsildə Keyfiyyət və Təminat Agentliyinə müraciət etməliyik. Müsbət cavab üçün tələblərlə tanış olduqdan sonra təhsil aldığımız xarici ölkə diplomunu Azərbaycanda tanıda bilərik. Əks halda dələduzluqla məşğul olan şirkətlər var ki, vətəndaşlarımızı aldadırlar. Hər il 800-900 müraciətin 200-300-ü mənfi qərarla yekunlaşır. Nəticədə həmin vətəndaşlar "get-gəldə" qalırlar, məhkəməyə üz tuturlar, təhsil aldıqları universitet ilə əlaqə saxlamalı olurlar. Bu kimi arzuolunmaz halların yaşanmaması üçün araşdırmalar mütləqdir".
Qeyd edək ki, ötən ay xaricdə təhsil almış 61 nəfərin diplomu tanınmayıb.
Oktyabr ayı üzrə diplomların tanınması üzrə müraciətçilərin 406-sı barədə müsbət qərar verilərək, müvafiq şəhadətnamələr təqdim edilib, 61 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sumqayıtda "Azərboru" zavodunda bıçaqlanma oldu
22:10 13.11.2026
Hadisə
Rusiya Qara dənizdə yük gəmisini vurdu
21:42 13.11.2026
Gündəm
Bakıda avtomobil piyadanın həyatına son qoydu
21:17 13.11.2026
Hadisə
Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası
21:08 13.11.2026
Cəmiyyət
Rusiya və Çin ömrü uzadan dərmanlar hazırlayır
20:44 13.11.2026
Dünya
Quterreşdən XƏBƏRDARLIQ: “Yanan planetdə sülh qurmaq mümkün deyil”
20:43 13.11.2026
Gündəm
BMT: Yəməndə məcburi köçkünlərin sayı 340 mini ötüb
20:28 13.11.2026
Dünya
Dmanisidə V-VIII əsrlərə aid məbədin qalıqları aşkarlanıb
20:21 13.11.2026
Tarix
Avropanın enerji xəritəsində Azərbaycanın çəkisi artır - ŞƏRH
20:20 13.11.2026
Gündəm
Azərbaycanda kirayə qiymətləri 6 %-ə yaxın artıb
20:07 13.11.2026
Sosial
Türkiyə və Qətər arasında "Qarşılıqlı Müdafiə Sazişi" imzalanıb
20:05 13.11.2026
Dünya
Tələbələrin fotolarını montaj edərək hədələyən şəxs saxlanıldı
19:56 13.11.2026
Hadisə
Teymur Hacıyev işdən çıxarıldı - Qərarla razı deyil
19:47 13.11.2026
Cəmiyyət
Sumqayıtda yol çökdü
19:21 13.11.2026
Hadisə