Azərbaycanın elm və təhsil nazirinin müavini Gürcüstanda görüşlər keçirib
18:06 28.11.2023
Elm və Təhsil
588
Gürcüstanda səfərdə olan Azərbaycanın elm və təhsil nazirinin müavini Həsən Həsənlinin rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 28-də Tbilisi Dövlət Universitetinin rektoru Caba Samuşia ilə görüşüb, bu ali təhsil ocağındakı Heydər Əliyev adına auditoriya ilə tanış olublar.
"Report" un yerli bürosu xəbər verir ki, Azərbaycan nümayəndə heyəti, həmçinin Gürcüstan Texniki Universitetinin rektoru David Qurgenidze ilə görüşüb.
Görüşdə Azərbaycan və Gürcüstanın universitetləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub.
Söhbət zamanı universitetlər arasında müəllim və tələbə mübadiləsi, birgə elmi araşdırmaların aparılması, elmi simpozium və konfransların təşkili və s. məsələlər diqqət mərkəzində olub.
Qeyd edək ki, nümayəndə heyətinə Azərbaycanın elm və təhsil nazirinin müşaviri Simuzər Feyzullayeva, Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev, Elm və Təhsil Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Departamentinin rəhbəri Tural Əhmədov, BDU-nun Təhsil prosesinin təşkili və idarə edilməsi departamentinin rəhbəri Elçin Məmmədov daxildirlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə
3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər
16:03 15.10.2026
Gündəm
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya