Dərslər iki həftə distant formada davam etdiriləcək.
Qeyd edək ki, bundan əvvəl COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədi ilə Nərimanov rayon Gigiyena və Epidemiologiya Mərkəzi Bakıdakı Məktəb Lisey Kompleksində (200 və 43 saylı orta məktəblər) əyani tədris prosesinin aprelin 9-na qədər dayandırılmasına qərar verib.