
Bəzi direktorlar məktəbi bazara çeviriblər:“Maaşın 2 ayı mənim, qalanı...”
Bəzi direktorlar məktəbi bazara çeviriblər:“Maaşın 2 ayı mənim, qalanı...”
Yusif Nəzərli
13:34 24.01.2023
Elm və Təhsil
1379
Cəlilabad rayon Zərbiəlli kənd məktəbində baş verən qanunsuzluqlarla bağlı rayon prokurorluğunda araşdırma aparılıb. Araşdırma zamanı qeyd edilən məktəbdə 2019-2022-ci illər ərzində tədris edilməmiş dərs saatlarına görə əməkhaqqı ödənilməsi və nəticədə dövlət büdcəsinə xeyli miqdarda ziyan vurulmasına əsaslı şübhələr müəyyənləşib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin qulluq mövqeyindən istifadə etməklə mənimsəmə, xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə cinayət işi başlanıb. Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.

Hadisəyə münasibət bildirən təhsil üzrə ekspert Elçin Əfəndi "Sherg.az"a açıqlamasında bildirib ki, təkcə Cəlilabad kənd məktəbində deyil, respublikanın əksər rayon və kəndində yaşanan haldır:
"Bir çox məktəb rəhbərləri, direktorlar fürsətdən istifadə edirlər. Məktəbdə bağbana ehtiyac varsa, iki nəfər bağban qeydiyyata alınır, lakin biri işə götürülür. Digər bağbanın pulu isə mənimsənilir. Təsərrüfat işçilərinin sayı 5 nəfər olmalıdısa, 3 nəfər işə götürür, 2 nəfərin pulunu yenə də direktor mənimsəyir və s.Təhsil sektorunda çoxlu yeyinti mövcuddur. Yeyintinin məbləğini hesablasaq, dövlət büdcəsini kifayət qədər çapıb-talamaq faktları üzə çıxa bilər. Hesablama Palatası Elm və Təhsil Nazirliyində yoxlamalara başlamalıdır. Regional təhsil idarələrinin tabeliyindəki məktəblər də yoxlanılmalıdır. Kimlər saxta yolla işə qəbul olub? Orda çalışan müəyyən şəxslərin aldığı əməkhaqqının hansı hissəsi mənimsənilir? Elə direktorlar var ki, vətəndaş bildirişləri əsasında müəyyən işçini işə götürəndə şərt kəsirlər. Tutalım, "əməkhaqqının 2 ayını mən götürəcəm, növbəti aylarda sən alacaqsan" ".
E.Əfəndinin dediklərinə görə, məmur dövlət büdcəsindən milyonlarla vəsait talayanda məktəb direktorları da, müxtəlif üsullarla çəkinmədən belə addım atırlar:
"Qanunsuz əməllərə yol verənlərin sayı çoxdur. Təkcə təhsildə deyil, səhiyyədə eləcə də, digər sahələrdə eyni hallara rast gəlmək mümkündür. Problemin aradan qalxması üçün hər kəs əlini daşın altına, vicdanına qoymalıdır.
Son 6-7 ay ərzində məktəb direktorlarının rüşvət faktoru ilə vəzifədən uzaqlaşdırılıb. Həmin şəxslər bir müddət sonra başqa məktəbdə direktor vəzifəsinə təyin olunursa, digərləri də bundan qorxmaz. Onlar düşünürlər ki, başqa yerə tanışlıq, yaxud rüşvət qarşılığında yeni təyinat alacaqlar. Gen-bol qanunsuz əməllər həyata keçirirlər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tokayev: Süni sözlərə ehtiyac yoxdur
17:24 10.11.2026
Region
Jurnalistikamızın canlı KORİFEYİ...
17:11 10.11.2026
Media
Matviyenko Rusiyada miqrantların qanuniləşdirilməsinə çağırıb
17:02 10.11.2026
Dünya
Fransanın "Lion" komandasının yeni baş məşqçisi açıqlanıb
16:30 10.11.2026
Futbol
BMT: İqlim dəyişikliyi ciddi iqtisadi risklər yaradır
16:21 10.11.2026
İqtisadiyyat
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb
15:40 10.11.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
14:59 10.11.2026
Cəmiyyət
Qaradağ rayonunda 30 yaşlı kişi dəm qazından boğularaq ölüb
14:50 10.11.2026
Hadisə
Dekabrda neçə gün iş olmayacaq?
14:41 10.11.2026
Cəmiyyət
İran “Hörmüz” raketini hazırladı
14:33 10.11.2026
Region
Daha iki gün yağış yağacaq - XƏBƏRDARLIQ
14:06 10.11.2026
Ekologiya
Gürcüstan Prezidenti COP31-də iştirak edəcək
13:58 10.11.2026
Cənubi Qafqaz
Arsen Venger FIFA prezidenti ola bilər
13:50 10.11.2026
Futbol
Xəyali danışıqlarla bağlı saxta xəbərlər… - Rzayi
13:27 10.11.2026
Region
Ceyhun Bayramov Serbiya səfirinə "Dostluq" ordenini təqdim edib
13:18 10.11.2026
Siyasət