
Bəzi ixtisaslar üzrə kadrlara tələbat 10 dəfə artıb
Yusif Sultanoğlu
06:30 15.11.2023
Elm və Təhsil
833
Dünyada əmək bazarının tələbləri sürətlə dəyişir. Bununla ayaqlaşmaq lazımdır
Tələb olunan ixtisaslardan biri də informasiya təhlükəsizliyi və ya virtual təhlükəsizlik ixtisaslarıdır
Həqiqətən də. Hər il yüzlərlə hüquqşünas, diplomat, beynəlxalq münasibətlər üzrə yüksək ixtisaslı kadrlar cəmiyyətə təhvil verilir. Demək olar bütün ali məktəblərdə bu ixtisaslar var. Və qəbul imtahanlarında yüksək bal toplayanlar, həmçinin ödənişli təhsil üçün maliyyə imkanı olanlar ali məktəblərin məhz bu “prestijli” ixtisaslarını seçir. Özünü öymək xüsusiyyəti var da bizlərdə; bir var, ədəbiyyat, məktəbəqədər hazırlıq ixtisası üzrə təhsil aldığını deyəsən, bir də var, öyünə-öyünə beynəlxalq münasibətlər, beynəlxalq hüquq, diplomatiya üzrə oxuyuram, deyəsən. İnsanlarımız elə zənn edir ki, ədəbiyyat, tarix ixtisasını bitirsələr iş tapmayacaqlar, amma hüquqşünas olsalar, mütləq əldə çıraq axtarılanlardan olacaqlar. Real vəziyyət isə fərqlidir. Millət vəkilləri də artıq bu barədə həyəcan təbili çalmağa başlayıblar. Və ölkədə hazırda kənd təsərrüfatı mütəxəssislərinə, mühəndislərə ehtiyac olduğunu bildiriblər. Problem əmək bazarının tələblərinə ali məktəblərin cavab verməməsidir. Vakant yerlər elan olunur, lakin uyğun ixtisasları bitirmiş məzunlar tapılmır. Sonra da şikayət edirik ki, işsizlikdir, gənclər iş tapa bilmir.
Təhsil eksperti Kamran Əsədov “Sherg.az”a açıqlamasında ali məktəblərin bir çoxunun müasir əmək bazarının tələblərinə cavab verəcək səviyyədə olmadığını dedi:

"Ali məktəblər müasir tələbləri öyrənməli və çağırışlara cavab vermək üçün sürətlə yenilənməyi bacarmalıdırlar. Dünyada əmək bazarının tələbləri sürətlə dəyişir. Bununla ayaqlaşmaq lazımdır.
Rəqəmsallaşma və elektronlaşma üzrə kadrlar lazımdır. Gələcəkdə ehtiyac duyulacaq ixtisaslar arasında süni intellekt, proqramlaşdırma, kompüter qrafikası, rəqəmsal elektronika, kompüter oyunları, oyun dizaynı ixtisasıdır. Dünyanın aparıcı ali təhsil müəssisələrinin oyun dizaynı ixtisası üzrə təhsil alan tələbələri maliyyəsi getdikcə artan, məsələn, 2021-ci ildə 92.4 milyard dollar olan bir sektora qatılır. ABŞ-nin 35-ə yaxın universiteti bioloji sistemlərin müxtəlifliyini və məhsuldarlığını davam etdirməyə yönəlmiş davamlılıq sahəsində bakalavr dərəcəsi təklif edir. Hazırda səhiyyə informasiyası və ya informasiya rəhbərliyi ixtisasına zəruri tələbat yaranıb. Sağlamlığı yaxşılaşdırmaq və ödənişləri idarə etmək üçün məlumatın alınmasına, idarə olunmasına və istifadə edilməsinə köməkçi olan işçilər üçün bu, böyük bir ehtiyacdır. Səhiyyə İnformasiyası və İnformasiya Təhsili Akkreditasiya Komissiyasına görə "University of Washington", "Temple University", "University of Illinois-Chicago" və "Weber State University" də daxil hazırda 54 akkreditasiyalı bakalavr təhsili proqramı var. Amerikan Tibb İnformasiya Dərnəyi önümüzdəki 5-7 il içində bu sahədə 50 mindən çox işçiyə ehtiyac olacağını nəzərdə tutur. Tələb olunan ixtisaslardan biri də informasiya təhlükəsizliyi və ya virtual təhlükəsizlik ixtisaslarıdır. Təsəvvür edin, bu ixtisaslar üzrə kadrlara tələbat 10 dəfə artıb. Həmçinin energetika, cihaz, logistika və qida mühəndislərinə ehtiyac var. Bizim ali təhsil müəssisələri də müasir dünyadakı tələbatı öyrənməli və sabah ölkənin inkişafına xidmət edə biləcək kadrların hazırlanmasında maraqlı olmalı, işlərini bu istiqamətdə aparmalıdırlar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi