
Bölgədə çalışan müəllimlər üçün həvəsləndirmə sistemi qurulsun -Təhsil eksperti
10:41 07.11.2023
Elm və Təhsil
820
"Onların mənzil şəraitinin yaxşılaşdırılması, digər sosial məsələlərin həlli istiqamətində zəruri addımlar atılmasına ehtiyyac var "
Bakı və bölgələrdə olan universitetlərin müəllim heyətinin əməkhaqqında kifayət qədər fərq var. Bunu Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında deputat Məlahət İbrahimqızı deyib. M.İbrahimqızı bildirib ki, regionlarda bir çox universitetlərin filialları fəaliyyət göstərir.
“Amma daxil olan müraciətlərə əsasən deyə bilərəm ki, paytaxtda və orada çalışan elmi dərəcəsi olan müəllimlərin əməkhaqqında ciddi fərqlər var. Onda belə çıxacaq ki, tanınmış alimlərimiz bölgələrdə işləməyə getməyə marağı olmaz”, - deyə o, əlavə edib.

Məsələyə münasibət bildirən Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri "Sherg.az"a açıqlamasında bildirib ki, regionlarda fəaliyyət göstərən ali təhsil müəssələrində müəllim heyyəti və texniki əməkdaşların maaşına artım etmək uğurlu addım olardı:
"Müəllimlərin maaş artımından söz açarkən əsasən məktəblərdə orta ümumi təhsil müəsisələrində çalışan müəllimləri nəzərdə tutmuşuq. Amma ali təhsil müəsisələrinin müəllim və proffessor - müəllim heyyəti, texniki heyyət nisbətən kənarda qalır. Onların maliyyələşdirmə və maliyyə məsələləri ilə bağlı qərarvermə sərbəstliyi var. Üniverstitetlərin bir çoxunda əməkdaşların maaşını özü tənzimləmək səlahiyyətindədir. Bəzi üniversitetlər bundan istifadə edərək differensial maaş artımına önəm verir. Bəziləri dərs saatına görə, digərləri isə alternativ səbəblərə görə hərəkət edirlər. Fakt ondan ibarətdir ki, bu bir hüquqi şəxs statuslu ali təhsil müəsisələri özünü maliyyələşdirmə və maliyyə ilə bağlı sərbəst qərar vermə hüququna malikdir. Orda müəllimlərin maaşının məbləği rektorun verdiyi qərarlardan asılıdır. Özəl təhsil müəsisələrindən isə danışmağa dəyməz. Çünki bu özəl sahibkarlıq subyektləridir. Onun maaş sistemini onun rəhbərliyi, təsisçisi qərar vermiş olur. Bütün bunlarla yanaşı bizim regionlarda ali təhsil ocaqlarından söhbət gedir: "Gəncə Dövlət üniversiteti", "Lənkaran Dövlət üniversiteti", "Minqəçevir Dövlət Üniversiteti" və bu kimi digər ali təhsil müəsisələri fəaliyyətdədir. Pedoqoji universitetin bazasındakı olan ali təhsil müəsisələrini bura daxil etmirəm. Çünki burada maaş məsələsi də ümumən universitet rəhbərliyinin verdiyi qərara əsasən tənzimlənmiş olur. Digər bölgə universitetlərində bu məsələyə xüsusi diqqət edilməlidir. Milli Məclisin komitəsinin keçirdiyi müştərək iclasda bununla bağlı məsələ önə çıxarıldı. Deputatlar arasında bölgələrdə çalışan müəllimlərin maaşının artırılması ilə bağlı təklif irəli sürüldü. Bölgələrdə çalışanların hamısı orada qalmır, bəziləri digər bölgə və şəhərlərdən gəlir. Onların mənzil şəraitinin yaxşılaşdırılması, digər sosial məsələlərin həlli istiqamətində zəruri addımlar atılmasına ehtiyyac var ".
Ekspert qeyd edib ki, bir çox gənc kadrların daimi yaşayış məntəqəsi olmalıdır ki, sosial təminatını düşünməsin:
"Əsasən, təhsil- tədris prossesinə önəm göstərsin. Sırf bu müəllimlər üçün ayrıca yataqxana şəbəkəsinin tikilməsinə xüsusi ehtiyyac var. Təklif edirəm ki, bölgədə çalışan və Bakı qeydiyyatında olmayan şəxslər üçün müəyyən bir həvəsləndirmə sistemi qurulsun. Əvvəllər miq imtahanı zamanı H1 H2 həvəsləndirmələr mövcud idi. Bu prosses bölgədə çalışan ali təhsil müəllimlərinə də şamil olunsa,uğurlu addım olar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranlı general: Quru əməliyyatları ABŞ-yə baha başa gələcək
19:34 15.10.2026
Aktual
Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb
19:21 15.10.2026
Aktual
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib
19:10 15.10.2026
Futbol
Erlinq Holand Lionel Messinin iki rekordunu qırdı
19:02 15.10.2026
Futbol
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə