Buraxılış imtahanları həftə içi günlərdə olacaq
Məlahət Rzayeva
22:21 13.04.2021
Elm və Təhsil
1221
"Yoxsa ki, şagirdlər, valideynlər taksi sifariş etməli olacaqdı"
"Biz ənənəvi təhsildə olan nəticəni ala bilməyəcəyik. Buna görə də qəbul imtahanlarının iki dəfə keçirilməsinin daha doğru olacağını düşünürəm"
Dövlət İmtahan Mərkəzi nəhayət, şənbə-bazar günləri ictimai nəqliyyatın işləməməsini nəzərə aldı və XI siniflərin aprelin 15-i və 16-da keçiriləcək buraxılış imtahanlarını həftəiçi günlərə təyin etdi. Buna da şükür. Yoxsa ki, şagirdlər, valideynlər taksi sifariş etməli olacaqdı, taksi də gələ, ya gəlməyə. Digər məsələ - distant təhsilin ümumilikdə tədrisin səviyyəsinə, şagirdlərin tədris proqramını nə dərəcədə mənimsəməsi və buraxılış imtahanlarının nəticələrinə təsiridir. Bu, imtahan keçirilən binaya necə çatmaqdan da, taksi problemindən də önəmlidir. Məlumdur, pandemiya uşaqları əyani dərslərdən kənar salıb. Və bunun ağır fəsadları haqqında artıq ikinci ildir ki, danışlır. Distant təhsilin nöqsanları ötənilki buraxılış və qəbul imtahanlarında nəticələrin aşağı olmasına gətirib çıxardı. Bu dəfə də eyni vəziyyət yaşanacaqmı?
Təhsil eksperti Elşən Ramizoğlu “Şərq”ə açıqlamasında DİM-in buraxılış imtahanlarının keçirilmə vaxtı ilə bağlı düzgün qərar verdiyini bildirdi:
- Buraxılış imtahanlarının şənbə-bazar günü keçirilməsi qərarı yanlış olardı. Ümumiyyətlə, bəzi qurumlar qərar verərkən Nazirlər Kabinetinin qərarını da unutmamalıdır. İctimai nəqliyyat işləmir, imtahan keçirilən binaların məsafəcə yaxın-uzaq olması valideyn və şagirdləri çox zaman çətinliyə salır.
Hər kəs taksidən istifadə edə bilmir ki. İmtahan günlərinin təyini zamanı bundan sonra da mövcud imkanların nəzərə alınması mütləq lazımdır. Distant təhsilə gəlincə, bu, şagirdlərin imtahan nəticələrinə təsir edəcək, məncə.
Hamıya məlumdur ki, 11-ci siniflərdə tədris onlayn davam edir. Etiraf edək ki, bu tədrisə görə şagirdlərin buraxılış imtahanı nəticələri çox zəif olar. Keçirik ikinci məqama - şagirdlərin repetitor hazırlığına.
Əsas yuk bu məqama düşür. Yəni şagird repetitor hazırlığından yaxşı hazırlaşıbsa, nəticə yaxşı olacaq. Ancaq ötən zamana nəzər salsaq görərik ki, repetitor hazırlığı da o qədər uğurlu alınmırdı. Əksər hallarda hazırlıq kursları və repetitor hazırlığı onlayn davam edirdi. Yenə də əyani tədrisin verdiyi üstünlüklərə nail olunmurdu. Baş verənlərə baxdıqda, ehtimal edirəm ki, nəticə zəif olacaq.
Yəni biz ənənəvi təhsildə olan nəticəni ala bilməyəcəyik. Buna görə də qəbul imtahanlarının iki dəfə keçirilməsinin daha doğru olacağını düşünürəm.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan XİN Yamaykanı təbrik etdi
18:53 06.08.2026
Siyasət
Rusiya bu ölkələrə Ukrayna dronları ilə hücum edə bilər
18:39 06.08.2026
Dünya
Sosial şəbəkələr neytral deyil - Siyasi şərhçi
18:39 06.08.2026
Texnologiya
6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
18:26 06.08.2026
İnfrastruktur
AZAL-da dəyişikliklər müsbət siqnaldır - Natiq Cəfərli
18:19 06.08.2026
Aktual
Türkiyə regionda yeni təhlükəsizlik xəritəsi formalaşdırır - ŞƏRH
18:00 06.08.2026
Gündəm
Qaqik Tsarukyana qarşı yeni ittihamlar irəli sürülüb
15:57 06.08.2026
Region
Tramp Ukraynanı arxa plana atıb - Maksim Yali
15:49 06.08.2026
Gündəm
Telefonla keçən yay uşağın beynini bərpa etmir - Psixoloq
15:49 06.08.2026
Elm və Təhsil
Ərdoğan Dövlət Baxçalı ilə görüşdü
15:34 06.08.2026
Gündəm