Elçin Əfəndi: "DİM test bazasını daim yeniləyir, abituriyentlər buna hazır olmalıdır”
Dövlət İmtahan Mərkəzi dünən - martın 9-da tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirdi. İmtahan bitər-bitməz “suallar çətin idi”, “dərslikdən kənar suallar salınmışdı”, “tədris proqramında yoxdur” kimi narazılıqlar başladı.
Təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi “Sherg.az”a açıqlamasında bu narazılıqları “ənənəvi” adlandırdı: 
- Hər dəfə imtahanlardan sonra eyni ajotaj yaranır, narazılıqları eşidirik, ən çox da repititorluq edən müəllimlər, imtahana ciddi hazırlaşmayan şagirdlərdir. DİM-ə qarşı iddia əsassızdır ki, guya imtahana tədris proqramından kənar suallar salınıb. Və yaxud da Elm və Təhsil Nazirliyinin tədris proqramından kənar mövzulardr. Suallar Azərbaycanın Elm və Təhsil Nazirlyinin təsdiqlədiyi tədris proqramına uyğun suallardır. Suallar sadə və mürəkkəb olur. Hər bir şagirdin bilik səviyyəsini müəyyən edir. Buraxılış imtahanı deyib bəən səthi yanaşırlar. Amma bu, sadəcə buraxılış imtahaı deyil. Qəbul imtahanlarının birinci mərhələsidir. Abituriyentlər 700 balın 300-nü bu imtahanda toplayır. Ola bilər hansısa fənn üzrə çətin suallar olur, abituriyentin seçimini müəyyən etmək üçündür. Orta və ya aşağı səviyyədə hazırlıq keçmiş abituriyentlər üçün çətin ola bilər. Hər imtahandan sonra eyni vəziyyəti görürük. Martın 15-də, aprelin 19-da da eyni vəziyyət yaranacaq. İmtahan nəticələri açıqlandıqdan sonra isə məlum olur ki, 200-dən artıq bal toplayanlarn sayı çoxdur, çoxu maksimal nəticə toplayıb və sair. İmtahan nəticələri açıqlandıqdan sonra ötən illərlə müqayisədə təhlil aparılır və bunun üzərindən müəyyənləşir ki, imtahan həqiqətən çətin olub, yoxsa çətin olmayıb. İmtahan nəticələri açıqlanmayıbsa, analiz olunmayıbsa, yoxlama prosesi aparılmayıbsa indidən rəy bildirmək düzgün deyil. Hər kəs özündə səhv axtarsın. Birincisi, tədris proqramında problem varsa, bunu Elm və Təhsil Nazilriyinə, DİM-ə bildirsinlər. İkincisi, hazırlıq keçən müəllimdən soruşsunlar, abituriyentləri imtahana nə dərəcədə hazırlayıb. Çox zaman valideynlər buraxılış imtahanına sadə sınaq imtahanı prinsipi ilə yanaşır, düşünür ki hansısa portalda keçirilən sınaq imtahanında övladı yaxşı nəticə göstəribsə, deməli, yenə yaxşı nəticə göstərəcək, DİM-in Test toplusundan sual düşəcəyini ehtimal edir, amma bu belə deyil. DİM hər dəfə bazanı yeniləyir, test tapşırıqları yenilənir, abituriyentlər də buna hazır olmalıdır. Tədris ili boyunca dərslərə yaxşı hazırlaşmaq lazımdır.