Elm və Təhsil Nazirliyi ilə birgə elmlə bağlı dinləmə keçirilməsi təklif olunub
Yusif Nəzərli
06:41 22.01.2024
Elm və Təhsil
463
Təhsilin problemləri ilə bağlı dinləmə ilə yanaşı elmlə bağlı məsələləri də müzakirə edəcəyimiz dinləmə keçirməliyik.
Bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında komitə sədri Bəxtiyar Əliyev deyib.
Komitə sədri bildirib ki, elm və təhsilin inteqrasiyasını biz qarşıya məqsəd kimi qoymuşuq: “Bunları birlikdə müzakirə etdikdən sonra qanunvericilik səviyyəsində bizim öhdəmizə düşən vəzifələri müəyyən etməliyik. Bu dinləmələr komitədə bütün maraqlı tərəflərin iştirakı ilə keçirəcəyik. Amma aidiyyəti qurumlarda – Elm və Təhsil Nazirliyi, AMEA-da bu dinləmə keçirə bilərik. Milli Məclisə hamını yığmaq mümkün deyil, ona görə Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə bu tədbiri keçirə bilərik”.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, deputat İsa Həbibbəyli isə elm və təhsillə bağlı dinləmənin AMEA-da keçirilməsini təklif edib: "Akademiyada tam şərait yaratmağa hazırıq, bizim 500 nəfərlik zalımız da var. Elm və Təhsil Nazirliyi il birlikdə bu dinləməni Akademiyada keçirə bilərik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya