İmtahan sessiyasının ləğvi yaxşı ideyadır
Yusif Nəzərli
20:26 27.01.2023
Elm və Təhsil
896
Lakin məsələ onun nəylə əvəz ediləcəyidir
I kurs tələbəsinin layihə üzərində işləməsi mümkün olmayacaq, olsa-olsa, yalnız IV kurs tələbələrinə təqdim edilə bilər
Azərbaycan Dövlət İqtisad Universitetində imtahan sessiyalarının ləğvi gözlənilir. Unuversitetin rektoru Ədalət Muradov hesabat tədbirində çıxışı zamanı bildirib ki, əsas hədəfləri UNEC-də imtahan sessiyalarını mərhələli şəkildə ləğv etməkdir. "Bu təcrübə xaricdə var. Bunun bizim universitetlərdə tətbiqi barədə də düşünmək olar. Belə olan halda hər ay tələbəyə konkret bir layihə veriləcək və o layihə əsasında da tələbə qiymətləndiriləcək. Onda imtahana ehtiyac qalmayacaq", - rektor vurğulayıb. Rektor tədris prosesindəki yeniliklərdən də danışıb: “Ötən ilin sentyabrından UNEC-də 13 qeyri-ixtisas fənni yalnız distant şəkildə tədris olunur.
"Flipped Education" modelinin tətbiqi ilə müəllim tələbələrə mühazirə keçmir. Mühazirəni onlayn formada tələbələrə göndərir. Tələbə 20 dəqiqə ərzində mühazirə ilə tanış olduqdan sonra başa düşmədiyi məqam varsa müəllimə bildirir, izah alır".
İqtisad Universitetində gözlənilən dəyişiklik tədris prosesinə, semestr imtahanlarına, ümumiyyətlə, tələbələrin keyfiyyətli təhsil almasına nə dərəcədə faydalı ola bilər?
Təhsil Xidmətləri Araşdırma və Təhlil Mərkəzinin rəhbəri, fəlsəfə doktoru Kamran Əsədov “Şərq”ə açıqlamasında bu haqda danışdı:
- Ali təhsil müəssisələrində semestr imtahanlarının neqativ hallarla müşayiət olunduğu sirr deyil. Ali məktəblərdə rəhbərlikdə təmsil olunanlar arasında imtahanlara gəlir mənbəyi kimi baxanlar var. İmtahan sessiyasının ləğvi ideya olaraq yaxşı səslənir, lakin məsələ onun nəylə əvəz ediləcəyidir. UNEC rektoru semestr imtahanların hər ay tələbələrə tapşırılacaq layihələrlə əvəz ediləcəyini və qiymətləndirmənin layihənin icrası səviyyəsinə uyğun aparılacağını deyib. Hesab edirəm ki, bu, doğru seçim deyil. I kurs tələbəsinin layihə üzərində işləməsi mümkün olmayacaq. Çünki I kurs tələbəsi hələ bilmir layihə nədir, necə işlənir. Tutaq ki, iqtisadi mövzuda layihə tərtib edildi, üzərində işləmək üçün tələbəyə verildi. Bəs dilçilik, tarix fənni üzrə layihələr necə tərtib ediləcək? Elm və Təhsil Nazirliyində layihələr üzərində işləyə bilənlər heç yoxdu. Amma universitet bunu tələbələrdən tələb etməyi düşünür. Layihə ilə qiymətləndirmə, olsa-olsa, yalnız IV kurs tələbələrinə təqdim edilə bilər. Aşağı kurslarda isə bu, istənilən nəticəni verməyəcək. Nəzərə alsınlar ki, layihələrin qiymətləndirilməsi də vaxt aparan işdir. Layihə, hardasa yoxlama işinə bənzəyir. Yenə də subyektivlik özünü göstərə bilər, hansısa tələbənin layihəsi yaxşı qiymətləndirilər, hansınınsa zəif. Bu zaman tələbəyə yenidən layihə üzərində çalışmaq tapşırılacaq. Yenə də uzunçuluq, vaxt itkisi, tələbənin sıxışdırılması baş verəcək.
K.Əsədov semestr imtahanlarının ləğvinin Azərbaycan Diplomatik Akademiyasında uğurla icra edildiyini xatırlatdı:
- ADA-da semestr imtahanları çoxdan ləğv edilib. Tələbələrin qiymətləndirilməsi semestr ərzində dərsə davamiyyət, dərslərdə iştirak, dərsə hazırlıq, tapşırıqların həlli üzrə qiymətləndirilir və buna müvafiq də yekun qiymətləndirmə aparılır. Bu cür sadə, asan bir yolla tələbə qiymətləndirilir.
K.Əsədov bildirdi ki, semestr imtahanları köhnədənqalma metoddur və yenilənməsinə ehtiyac var:
- UNEC rəhbərliyi şəffaflığın təmininə çalışır və yeni format fikirləşir. Bu, anlaşılandır. Semestr imtahanları köhnədən qalan metoddur və əlbəttə, dəyişməlidir. Amma hər yenilik də effektli olmaya bilər. Mövcud təcrübələrə baxmaq və daha uyğun gələnini, müsbət nəticə əldə edilən formatlar tətbiq edilməlidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransanın "Lion" komandasının yeni baş məşqçisi açıqlanıb
16:30 10.11.2026
Futbol
BMT: İqlim dəyişikliyi ciddi iqtisadi risklər yaradır
16:21 10.11.2026
İqtisadiyyat
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb
15:40 10.11.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
14:59 10.11.2026
Cəmiyyət
Qaradağ rayonunda 30 yaşlı kişi dəm qazından boğularaq ölüb
14:50 10.11.2026
Hadisə
Dekabrda neçə gün iş olmayacaq?
14:41 10.11.2026
Cəmiyyət
İran “Hörmüz” raketini hazırladı
14:33 10.11.2026
Region
Daha iki gün yağış yağacaq - XƏBƏRDARLIQ
14:06 10.11.2026
Ekologiya
Gürcüstan Prezidenti COP31-də iştirak edəcək
13:58 10.11.2026
Cənubi Qafqaz
Arsen Venger FIFA prezidenti ola bilər
13:50 10.11.2026
Futbol
Xəyali danışıqlarla bağlı saxta xəbərlər… - Rzayi
13:27 10.11.2026
Region
Ceyhun Bayramov Serbiya səfirinə "Dostluq" ordenini təqdim edib
13:18 10.11.2026
Siyasət
Marko Rubio Ukrayna XİN rəhbəri ilə görüşdü
13:10 10.11.2026
Gündəm
Azərbaycan XİN Polşaya başsağlığı verdi
12:50 10.11.2026
Siyasət
Sabah Bakıya fasilələrlə yağış yağacaq
12:28 10.11.2026
Ekologiya