İsa Həbibbəyli: Onların proqnozları cəmiyyəti xaosdan, ajiotajdan xilas edir

"Respublika Seysmoloji Xidmət Mərkəzi bəlkə də riskləri öz üzərinə götürərək bu sahədə nikbin proqnozlor irəli sürür".

Teleqraf xəbər verir ki, bunu AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli "Azərbaycanın seysmik təhlükəliliyinin və seysmik riskinin qiymətləndirilməsi" mövzusunda keçirilən Respublika Elmi Konfransında deyib.

O bildirib ki, RSMX tərəfindən cəmiyyəti narahat etməyən proqnozlar verilməsi təcrübələrə, elmin son nailiyyətlərinin öyrənilməsinə əsaslanır.

"Bu da cəmiyyəti xaosdan, ajiotajdan xilas edir. Azərbaycan seysmologiya elmi dünya elminin tərkib hissəsidir. Seysmoloji Xidmət Mərkəzinin əlaqələri genişlənib. Bu əlaqələr onun nailiyyətlərinin dünyaya tanıdılmasına töhfə verir. Seysmoloji Xidmət Mərkəzinin davamlı əlaqə saxladığı, birgə fəaliyyət göstərdiyi qurum isə Fövqəladə Hallar Nazirliyidir", - o vurğulayıb.