"İstənilən məktəbə gedin, müşahidə edin"
"İstənilən məktəbə gedin, müşahidə edin"
Yusif Nəzərli
01:30 14.04.2022
Elm və Təhsil
975
Nabatəli Qulamoğlu: "Bizim müəllimlər hələ də sinif otağına çomaqla, çubuqla girir"
"Belə bir mühitdə kurikulum sistemi əlbəttə ki, özünü doğrultmayacaqdı"
Təhsil naziri Emin Əmrullayev məktəbəqədər hazırlıq qruplarında kurikulum sistemini ləğv edib. Daha məktəblərdə 5 yaşından hazırlıq qrupları olmayacaq. Uşaqlar əvvəl olduğu kimi bağçada məktəbəqədər qruplarda təhsil alacaq, sonra məktəbə gedəcək.
Bu qərar cəmiyyətdə müəyyən fikir ayrılıqları yaradıb. Valideynlər kurikulumun ləğv edildiyinə sevinsə də, təhsil işçiləri bunu doğru addım hesab etmir. Maraqlıdır, vaxtilə Azərbaycan təhsilinin nicatı kimi qiymətləndirilən bu təhsil proqramı niyə özünü doğrultmadı?
“Məktəblərdəki məktəbəqədər qruplarda 5 yaşlı uşağa 1-ci sinfin proqramı keçilirdi, 1-ci sinfə gedən uşaq ilin proqramını - yazmağı, oxumağı, hesablamağı bilirdi artıq. Bu, yaxşı kimi qələmə verilən, amma əslində çox pis şey idi”. Bu sözləri “Şərq”ə açıqlamasında sosioloq Lalə Mehralı deyib.
Onun sözlərinə görə, uşağın dərsə marağı qalmır, bildiyi şeyi təkrarlamaq istəmirdi. 5 yaşında oyuncaqlarından ayrılıb məcbur aparıldığı məktəbdə bezdirən dərsə ikrahı yaranırdı: “Bu proqram uşaqları hər şeyi bilməyə məcbur edir, bilməyəndə zəif, qavramayan uşaq kimi qəbul edirlər. Halbuki, uşaq onları 5 yaşında bilməyə məcbur deyil. Amma bağçanın məktəbəqədər hazırlıq qruplarında uşağa partada düzgün oturmaq, müəllimlə düzgün ünsiyyət, ətraf aləm, rənglər, fiqurlar, formalar öyrədilir, yəni bir uşaq məktəbə gedənədək nəyi bilməlidirsə, onu öyrədirlər. Əsl məktəbəqədər hazırlıq proqramı odur yəni”.
Təhsil eksperti Nabatəli Qulamoğlu isə hesab edir ki, alternativ üsul tətbiq etmədən kurikulumu ləğv etmək doğru siyasət deyil:
"Çox maraqlıdır, bu sistemi hansı proqramla əvəz edəcəklər? Bəlkə yeni bir üsul tətbiq ediləcək? Hələ kurikulum sistemi yenicə tətbiq olunmağa başlayanda bu barədə mətbuatda açıqlamalar vermişdim ki, bu sistem bizim təhsil sistemində müsbət effekt verməyəcək. Həmin yazılarda kurikulumun hərtərəfli təhlilini aparıb cəmiyyətə çatdırmaq istəmişdim ki, kurikulum təhsil proqramını həyata keçirmək üçün siyasi, iqtisadi, hüquqi aspektlər bizdə mövcud deyil. Təəssüf ki, fikirlərimiz o vaxt nəzərə alınmadı və bu yolda milyonlar səpələndi. Bəs indi - qatar gedəndən sonra niyə nəticənin olmadığını etiraf edirlər?
Bu sistemə keçməzdən əvvəl təhsilimizdəki vacib problemləri həll etmək lazım idi. Guya, Azərbaycanda təhsil inkişaf edir, dünya təhsil sisteminə inteqrasiya edir görüntüsü yaratmaq üçün kurikulumu məktəblərdə tətbiq etməyə başladılar.
Halbuki, hələ də bizim müəllimlər sinif otağına çomaqla, çubuqla girir. İstənilən məktəbə gedin, müşahidə edin. Görəcəksiniz müəllim qışqırır «getmə, dayan, çıx bayıra»… Bütün bunlar onu göstərir ki, Azərbaycan müəllimi müasir zamanın tələblərinə uyğun insanlar deyil. Əlində həmişə çubuq, xətkeş olur. Belə bir mühitdə kurikulum sistemi əlbəttə ki, özünü doğrultmayacaqdı.
Çünki kurikulum sisteminin başlıca məqsədi təhsil yolu ilə avtoritar cəmiyyətləri demokratikləşdirməkdən, müəllim-şagird münasibətlərinə yenilik gətirmək, valideyn-müəllim münasibətlərini dəyişməkdən ibarətdir. Amma bizim təhsil sistemində bunların heç biri baş vermədi.
Kurikulum şagirdlərə yeni düşüncə qabiliyyəti aşılayan bir sistemdir. Məhz bu sistem Azərbaycan təhsilinə şagirdin mətn üzərində işləyərək analitik təfəkkür nümayiş etdirməsi faktını gətirib. Hər nə qədər gözləntiləri doğrultmasa da kurikulumun müsbət cəhətləri mənfi cəhətlərindən çoxdur. Yeni qərarı doğru hesab etmirəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sabah” – “Borussiya Dortmund” matçının hakimləri bəlli olub
16:14 18.10.2026
Futbol
Makron xalqa müraciət edəcək
15:56 18.10.2026
Gündəm
Müdafiə naziri: Ukrayna müharibədə heç vaxt qalib gələ bilməyəcək
15:37 18.10.2026
Dünya
Seldə itkin düşən Türkmənistan vətəndaşının meyiti tapılıb
15:17 18.10.2026
Hadisə
Miranda Kerr: “Yumurta üçün darıxıram”
14:51 18.10.2026
Şou
25-30 ildən sonra dünyada ölüm halları artacaq
14:18 18.10.2026
Sağlamlıq
“Uzak şehir”də rol alacaq
13:45 18.10.2026
Şou
Erlinq Holann İngiltərə Premyer Liqasında yeni uğura imza atıb
13:39 18.10.2026
Futbol
İranın yeni müdafiə naziri ABŞ-a xəbərdarlıq edib
13:36 18.10.2026
Dünya
Bolqarıstan sərhədində 30 kilometrlik TIR növbəsi yaranıb
13:31 18.10.2026
Hadisə
İranda yeni müdafiə naziri təyin olundu
13:20 18.10.2026
Region
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
12:57 18.10.2026
Maraqlı
Müstəqilliyi əldə etmək qədər onu qorumaq da çətindir - ŞƏRH
12:43 18.10.2026
Gündəm
"Barselona" "Real"ın rekordunu təkrarlayıb
12:27 18.10.2026
Futbol
Lökbatanda anbarda yanğın olub - FOTO
12:17 18.10.2026
Hadisə