
Magist olmaq istəyənlərə şad xəbər: Suallarının keçən ilə nisbətən...
09:14 27.01.2025
Elm və Təhsil
743
"Qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsilə aparılır. İmtahanda iştirak etmək üçün sənəd qəbulu bu gün saat 23:59-dək davam edəcək".
APA xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatında bildirilib.
Qeyd edilib ki, 27 yanvar saat 09:15-ə olan məlumata əsasən, 19475 bakalavr ərizəsini təsdiq edib (Azərbaycan bölməsi - 17800; rus bölməsi - 1675).
Sənəd qəbulunda iştirak etmək istəyənlər (şəxsi kabineti olmayanlar) ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği “Şəxsi kabinet”indəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış ola bilərsiniz.
Daha sonra bakalavr “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edir.
Qeyd edək ki, imtahan 2025-ci il fevralın 16-da keçiriləcək. İştirakçılar "İmtahana buraxılış vərəqəsi"ni imtahana 4-5 gün qalmış çap edə biləcəklər.
Təhsil eksperti Cahid İmanlı "Sherg.az"a bildirib ki, magistraturaya qəbul qaydasında ən son dəyişiklik keçən il olub:

“Belə ki, bakalavrlara imtahan zamanı esse tapşırığı da verilirdi. Esse üçün yarım saat vaxt verilir və esseni yazmaq məcburi deyil, esseni yazmayan bakalavrlar da müsabiqədə iştirak edirlər. Magistraturaya qəbul üçün minimal tələblər belədir-xarici dildən və informatikadan minimum 5 sual , məntiqdən isə minimum 10 sual doğru yazılmalıdır. Ümumi olaraq ixtisaslar üzrə tələblər 30 baldan - 50 bala qədər dəyişir. Məsələn, idman və incəsənət ixtisaslarında keçid adətən 30 bal təşkil edir. Magistratura suallarının keçən ilə nisbətən asan olacağı gözlənilir. Keçən ilki magistr imtahanları son illərin ən çətin imtahanlarından biri olmuşdu və keçid balları da buna görə aşağı düşmüşdü. Bu ilsə balların nisbətən qalxacağı gözlənilir. Son illərdə magistraturaya hər il qəbul planı da, sənəd verənlərin sayı da artır. Hazırda magistr təhsili 2 cəhətdən daha çox önəm daşıyır. Birincisi, təhsil qanunundan irəli gələn məsələdir ki, növbəti ali təhsil pilləsinə-yəni akademik təhsilə keçmək üçün magistr diplomu almaq şərtdir.
İkinci məsələ isə müəyyən dövlət idarələrində vəzifədə işləmək üçün magistr təhsilinin olması arzuediləndir və daha üstün mövqe deməkdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Puşilin: Nikolayevkanın kənarında şiddətli döyüşlər gedir
12:27 03.08.2026
Gündəm
Kart limiti vətəndaşı yenidən nağd pula qaytara bilər - EKSPERT
12:24 03.08.2026
Aktual
Bakıda 4 yaşlı uşaq 13-cü mərtəbədən yıxılaraq ölüb
12:04 03.08.2026
Hadisə
Ağdərədə mina partlaması nəticəsində iki nəfər xəsarət alıb
11:19 03.08.2026
Hadisə
Bakıda küçələrdən birinə Elçin Əfəndiyevin adı verilib
11:04 03.08.2026
Mədəniyyət
Krıma PUA hücumu: Üç nəfər həlak olub
11:04 03.08.2026
Gündəm
Yapon alim izah edib ki, niyə ev pişiyi ilə danışmaq lazımdır
09:45 03.08.2026
Maraqlı
Ukrayna ordusu Krımı bombardman etdi - Neft bazası vuruldu
09:26 03.08.2026
Dünya
Tramp: ABŞ və İran Hörmüz boğazı ilə bağlı razılığa gəlib
08:54 03.08.2026
Gündəm
Bu həftə pulu çox, kefi kök olacaq BÜRCLƏR
08:48 03.08.2026
Cəmiyyət
Rihanna dayanmaq bilmir!
07:44 03.08.2026
Şou
Tez-tez burun qanaması ciddi xəstəlikdən xəbər verə bilər
07:07 03.08.2026
Sağlamlıq
Messi dünya çempionatından sonra meydana qayıtdı
06:36 03.08.2026
Futbol