Magistraturaya qəbul imtahanının nəticələri AÇIQLANDI
09:15 28.05.2021
Elm və Təhsil
815
Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına 2021-ci il mayın 26-da keçirilmiş qəbul imtahanının II cəhdinin nəticələrini elan edib.
DİM-dən verilən məlumata görə, bakalavrlar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
İmtahanda iştirakı nəzərdə tutulan 14 693 bakalavrdan 265 nəfəri imtahana gəlməyib. İmtahanda göstərilən ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 96 bal olub.
Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar. Müsabiqə şərtləri müxtəlif ixtisas qrupları üzrə 30, 40, 45 və ya 50 baldır (fənlər üzrə ayrıca minimal bal tələbləri də var).
Jurnalistika üzrə magistr ixtisaslaşmalarının və xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasının ixtisaslaşmalarının müsabiqəsində iştirak etmək üçün qəbul imtahanının müsabiqə şərtlərini ödəməklə yanaşı, qabiliyyət imtahanı verib məqbul qiymət almaq tələb olunur. Həmin ixtisaslaşmaları seçmək istəyən bakalavrlar 2021-ci il iyunun 1-dən 6-dək DİM‑in internet saytında qabiliyyət imtahanında iştirak etmək üçün elektron qeydiyyatdan keçməli və DİM tərəfindən elan olunan tarixdə qabiliyyət imtahanı verməlidirlər.
İxtisaslaşma seçimi “Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli” ilə tənzimlənir (həmin cədvəl “Magistr” jurnalının növbəti sayında dərc ediləcəkdir).
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 1 iyun 2021-ci il tarixindən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 29 - 31 may 2021‑ci il tarixlərində DİM-in internet saytında yerləşdiriləcək elektron apellyasiya ərizəsini doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.
Apellyasiya zamanı bir bakalavrın ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ürək köçürülməsi tarixi uğurdur, ancaq... - TƏHLİL
19:24 04.02.2026
Sağlamlıq
Türkiyə Rusiyanı Suriyadan uzaqlaşdırır - Uilson
19:22 04.02.2026
Dünya
Media buraxılmırsa, deməli ciddi razılaşma yaxındır - Ekspert
19:08 04.02.2026
Gündəm
Prezident: Hazırda Ermənistanla ticari münasibətlərimizi artırırıq
18:37 04.02.2026
Dünya
Son 4 ayda 4 rekord: Mask dünyada ilkə imza atdı
18:24 04.02.2026
Dünya
Türkiyə üçün Pəhləvinin önə çıxarılması risklidir - RƏY
18:19 04.02.2026
Gündəm
Mehriban Ələkbərzadəyə vəzifə verildi
17:42 04.02.2026
Media
“Sərhəddə gərginlik yox, sülh üstünlükdədir” - ŞƏRH
17:39 04.02.2026
Gündəm
Tramp İranla danışıqları dayandıra bilər
17:23 04.02.2026
Gündəm
Rusiyadakı soydaşlarımız böyük risk altındadır - Fuad Abbasov
17:08 04.02.2026
Gündəm
İranda xaşxaş əkininə icazə verildi
17:01 04.02.2026
Region