Məktəblərdə sagird sıxlığı artacaq! – “Əlavə korpuslar tikilməsə...”
Yusif Nəzərli
12:13 19.10.2022
Elm və Təhsil
606
“3-4 minlik şagird tutumu olan məktəblərdə 6-7 min təhsil alan var”
Milli Məclisin payız sessiyasının dünən keçirilən plenar iclasında deputat Rauf Əliyev siniflərdə şagird sıxlığından şikayətlənib.
O bildirib ki, bir sinifdə 40-50 nəfər oturubsa, o təhsildə keyfiyyətdən danışmaq çox çətindir.
Millət vəkili aidiyyəti qurumlara müraciət edərək, problemi aradan qaldırmaq üçün növbəti ildən məktəblərdə yeni korpusların tikilməsini təklif edib.
Şagird sıxlığının həddən artıq olduğunu deyən təhsil eksperti Elçin Əfəndi “Sherg.az”a vurğulayıb ki, siniflərdəki maksimal şagird sayı 20-25 olmalıdır:
“Auditoriyada 45-50 nəfər şagirdin təhsil alması doğru deyil. Çünki 45 dəqiqəlik zaman kəsiyi, bir müəllimin 45-50 nəfər təhsil alana mövzuları çatdırmasına və ev tapşırıqlarını yoxlamasına kifayət etmir. Nəticə etibari ilə də bu təhsilin keyfiyyətindən söz açmaq, özünü aldatmaq olar. Bu sıxlıq əsasən Bakı şəhərinin mərkəzindəki məktəblərdə daha çox müşahidə olunur. Regionlarda isə buna o qədər də rast gəlmirik. Digər tərəfdən Abşeron rayonunun tabeliyindəki təhsil ocaqlarında oxumalı olan uşaqlar, mərkəzə axın edirlər. Bunun səbəbi isə Hökməli, Müşviq, Binə və.s kimi qəsəbələrdə məktəblərin sayının az olmasıdır. Bu da şagirdlərin mərkəzdəki axınına səbəb olur. Bununla da təhsil alanlar həm uzaq məsəfə qət etməli olurlar, həm də sıxlıq yaranır”.
Ekspert qeyd edib ki, 3-4 minlik şagird tutumu olan məktəblərdə 6-7 min təhsil alan var:
“ Bu məktəblərin əlavə korpuslara ehtiyacı var. Əlavə korpuslar tikilməsə belə fərqli məkanlarda yeni məktəblər tikilməlidir. Yeni təhsil ocaqlarının inşası ilə həm sıxlığın qarşısı alınacaq, həm də məktəblərin idarəetməsindəki çətinlik aradan qalxacaq. Digər tərəfdən məktəblərin sayının artırılması yeni iş yerlərinin açılması da deməkdir. Bu gün 4440 dan çox məktəbdə, 1 milyon 600 min şagird təhsil alır. Biz nəzərə alsaq ki, əhali sayı durmadan artır, bu sıxlığın yaxın 5-10 il ərzində daha da çoxalacağı istinasızdır. Ona görə də adekvat tədbirlər görülməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bir şeyə əmin idik: bu müharibə qələbə ilə başa çatacaq
14:46 02.10.2026
Gündəm
Ağdamda 15 yaşlı qız itkin düşüb
14:41 02.10.2026
Gündəm
Ohanyan saxlanıldı
14:40 02.10.2026
Region
Çinin Azərbaycana strateji dəstəyi genişlənir - ŞƏRH
14:35 02.10.2026
Gündəm
Lukaşenko: Heç vaxt Rusiyaya xəyanət etməyəcəm
14:29 02.10.2026
Dünya
Yaponiya Rusiyaya yeni sanksiyalar tətbiq edib
14:25 02.10.2026
Dünya
Gəncədə avtomobil hasara çırpılıb, 2 nəfər xəsarət alıb
14:12 02.10.2026
Hadisə
Türkiyə Mədinəyə hücuma təpki göstərdi
13:51 02.10.2026
Gündəm
Məkkədə “canlı bomba hücumu” iddiası rəsmən təkzib edildi
13:13 02.10.2026
Dünya
Ankara türk ölkələrinə çağırış etdi
13:06 02.10.2026
Dünya
Sabah intensiv yağış yağacaq, güclü külək əsəcək
12:47 02.10.2026
Ekologiya
Ötən ay dövlət sərhədinin pоzulmasına görə 16 əcnəbi saxlanılıb
12:38 02.10.2026
Hadisə
Səfir: TRIPP-in inşasına gələn ilin əvvəlində başlanacaq
12:17 02.10.2026
Gündəm
Qaxda 7 kiloqram narkotik vasitə aşkarlandı
11:59 02.10.2026
Hadisə
Türkiyə və Gürcüstan müdafiə nazirləri Şuşada görüşdülər
11:48 02.10.2026
Gündəm
Daha bir məktəbdə 14 şagird zəhərləndi
11:30 02.10.2026
Hadisə