
Məktəbli formalarının qiyməti əlverişlidirmi? - AÇIQLAMA
Yusif Nəzərli
13:58 27.07.2022
Elm və Təhsil
1715
2022/2023-cü il tədris ilində Azərbaycanda tətbiq olunacaq yeni məktəbli formalarının ilkin qiymətləri məlum olub. Bu barədə AzTV-nin hazırladığı süjetdə məlumat verilib. Qeyd edilib ki, yeni formaların region və bölgələr üzrə rəng, material və modellərə görə fərqlənməsi təklif olunur. Bakı Tekstil Fabrikinin təsisçisi Səkinə Babayeva yeni məktəbli formalarının ilkin qiymətləri barədə danışıb:
“İkili məktəbli formalarının qiyməti 30 AZN-ə yaxın olacaq. Üçlü və dördlü dəst olacaqsa, qiymət 55-65 manat arasında dəyişəcək”.
Təhsil naziri Emin Əmrullayev “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və digər məsələlərlə bağlı keçirdiyi brifinqdə məktəbli formalarından danışıb. Nazir bildirib ki, məktəbli formasının mahiyyəti budur ki, hamı bərabər olsun:
“Hamı ev mühitini məktəbə daşımasın, kimsə varlı olmasına görə fərqlənməsin. Nazirlik yoxlamayacaq ki, niyə şagird forma geyinməyib. Nə də məktəb direktorunun haqqı yoxdur ki, forma tələb etsin. Məktəb qərar verdikdən sonra valideynlərin ona uyğun forma seçilməsi məqsədəuyğundur. Ancaq heç kimin səlahiyyəti yoxdur ki, məcbur etsin ki, bu forma olmalıdır”.

Təhsil eksperti Elşən Qafarov məktəbli formalarının qiymətinə və nazirin bununla bağlı açıqlmasına münasibət bildirib. Ekspert “Sherg.az”a açıqlamasında deyib ki, qiymətlər olduqca uyğundur:
“Burada əsas məsələ formanın keyfiyyətidir. Bu şagirdin gigeynik baxımdan sağlamlığı üçün vacib şərtdir. Digər tərəfdən əgər qiymətlər həqiqətən də 30-65 manat civarında dəyişirsə, çox ucuzdur və hər kəs üçün əlverişlidir. Düşünürəm ki, hər kəs bu formaları ala bilər”.
E.Qafarovun fikricə, nazirin sözləri bir mənalı qarşılanmayıb:
“Ümumi təhsil haqqında” qanunun 13-cü maddəsində konkret göstərilir ki, dövlət ümumtəhsil məktəblərində məktəbli formasının eskizlərini Nazirlər Kabineti təsdiq edir. NK-nın 17 mart 2020-ci il 96 nömrəli qərarında da konkret göstərilib ki, dövlət ümumtəhsil məktəblərində formalar bu eskizlər əsasında olmalıdır. İstənilən halda məktəbli təhsil ocağına məktəbli formasında gəlməlidir. Bu bizim cəmiyyətdə sosial bərabərlik baxımından çox vacib bir addımdır. Amma “məktəb direktorları forma tələb edə bilməz” fikri böyük çaşqınlıq yaradacaq. Düşünürəm ki, nazir demək istəyir ki, məktəbli forması geyinməsəniz də, olar. Amma qanun tələb edir ki, şagirdlər məktəbli forması geyinməlidir.
Digər tərəfdən dövlət narazılıq olmaması üçün sosial cəhətdən həssas olanların, müharibə vetaranlarının, qazi və şəhid ailələrinin məktəbli övladlarının forma ehtiyaclarını qarşılayarsa, məktəblərin böyük bir hissəsinin forma problemi həll olar. Mən şagirdlərin məktəbli forma geyinməsinin tərəfdarıyam. Nəticə etibarilə, tədris ilinin başlamasına 50 gün qalıb. Bu müddət ərzində müəyyən addımlar atılmalıdır.
Biz hələ bilmirik ki, hansı geyimdən nə qədər tikilməlidir, yaxud tikilibmi. Valideynlərin böyük bir hissəsi avqustun ilk həftələrindən məktəbli formalarını almağa başlayır.
Bu məsələ indiyə qədər həllini tapmalı idi. İnanaq ki, hər şey yaxşı olacaq və tədris ilinə yeni məktəbli forması ilə başlaya biləcəyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət