“Müsabiqənin əsas məqsədi gələcək nəsillərə ulu öndər Heydər Əliyevin kimliyini, onun iqtisadiyyat, təhsil və dövlət quruculuğu sahəsindəki fəaliyyətini, həmçinin fikir və dəyərlərini aşılamaqdır”.
Teleqraf xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev “Ən yaxşı təqdimat” müsabiqəsinin mükafatlandırılması mərasimində çıxışı zamanı deyib.
Nazir vurğulayıb ki, burada məqsəd milli ideoloji mühitin formalaşmasına və yeni nəslin inkişafına töhfə verməkdir:
“Təhsilin qarşısında iki əsas məqsəd dayanır. Birincisi, müxtəlif fənlərin öyrədilməsi və təhsil nəticələrinin əldə olunmasıdır. Bundan daha çətin olan isə tərbiyə və dəyərlərin formalaşdırılmasıdır. Şagirdlərin milli ruhda böyüməsi üçün ulu öndərin irsinin öyrənilməsi olduqca vacibdir”.