Nazirlik: Tələbələrə nəqliyyatda 10 faiz güzəşt oluna bilər

"160 minə yaxın tələbə artıq "TələbəPlus" kartından istifadə edir. Gələcəkdə bu kart vasitəsilə tələbələrə nəqliyyatda 10 faiz endirim nəzərdə tutulur".

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil nazirinin müavini Kənan Kərimzadə deyib.

O bildirib ki, bu barədə bir ay ərzində ictimaiyyətə məlumat veriləcək