Təhsil İnstitutu (ARTİ) 2026-2027-ci tədris ili üçün hazırladığı dərsliklərin siyahısını açıqlayıb.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq qurumdan məlumat verilib.
Məlumata görə, kütləvi istifadəyə veriləcək dərsliklər sırasında 4-cü sinif üçün “Həyat bilgisi”, 7-ci sinif üçün “Azərbaycan dili” (tədris və dövlət dili), “Riyaziyyat” və “İngilis dili” , 8-ci sinif üçün “Coğrafiya”, 9-cu sinif üçün isə “Biologiya”, “Kimya” və “Fizika” dərslikləri yer alıb.
Bununla yanaşı, bəzi dərsliklərin pilot tətbiqi nəzərdə tutulub. Bunlar 8-ci sinif üçün “Azərbaycan dili” (tədris dili), “Riyaziyyat” və “İngilis dili”, 9-cu sinif üçün “Coğrafiya” dərsliyidir.
Qeyd edək ki, bu həftə tədris ilinin son həftəsidir. Dövlət ümumi təhsil müəssisələrində 13 iyun “Son zəng” tədbiri keçiriləcək.