Qəbul imtahanında 11 nəfərdə telefon aşkarlanıb

Bu gün II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanında 11 nəfərdə mobil telefon aşkarlanıb.

Bu barədə Sherg.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, qayda pozuntularına yol verdiyi üçün imtahandan xaric olunanların müsabiqə nəticələri ləğv olunur və onlar ixtisas seçiminə buraxılmırlar.