Region universitetləri problemlər içindədir-Ekspert
Yusif Sultanoğlu
06:29 21.11.2023
Elm və Təhsil
657
Bölgələrdə çalışan müəllimlərin əməkhaqlarına ikili yanaşma tətbiq edilməlidir
Ali təhsil müəssisələrində dərs deyən müəllimlərin əməkhaqlarının aşağı olması mövzusu zaman-zaman gündəmə gəlir. Xüsusən regionlardakı universitet müəllimlərinin əməkhaqları onları qane etmir.
Ümumorta təhsil müəssisələrində müəllimlərin əməkhaqlarının artırılması yönündə müəyyən imtahanlar keçirilsə də, bu addım ali təhsil müəssisələri üçün keçərli deyil.
Milli Məclisdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı millət vəkili deputat Ceyhun Məmmədov da bu məsələni gündəmə gətirib. Ceyhun Məmmədov deyib ki, ali təhsil müəssisələrinin adambaşına maliyyələşməsi sisteminə yenidən baxılmalıdır: “Bu gün universitetlər tələbədən təhsil haqqını alır və onun hesabına universitetləri saxlamağa çalışırlar. Belə olan halda universitetlər daha çox tələbə sayını artırmaq barədə düşünürlər. Ali təhsil müəssisələrində, elmi müəssisələrdə, o cümlədən akademiya sistemində çalışan insanların maaşının artırılması məsələsinə də baxılmalıdır. Bu gün bir sıra təhsil müəssisələrində maaşlar çox aşağıdır. Həyata keçirilən islahat nəticəsində orta məktəb müəllimlərinin maaşı artırılıb. Hazırda bir sıra ali təhsil müəssisələrində əməkhaqqı orta məktəb müəlliminin maaşından aşağıdır. Bu ziddiyyət aradan qaldırılmalıdır. Universitetlərin tədqiqatyönümlü fəaliyyətinin dəstəklənməsi üçün əlavə maliyyə vəsaitinin ayrılması məsələsinə baxılmalıdır”.
Təhsil eksperti Kamran Əsədov isə “Sherg.az”a açıqlamasında bu problemin daha çox regionda fəaliyyət göstərən universitetlərdə yaşandığını deyib.
Onun sözlərinə görə, bölgələrdə çalışan universitet müəllimlərinin əməkhaqları günün tələblərinə uyğun deyil:
“Ölkədə fəaliyyət göstərən 51 ali təhsil müəssisəsinin 20-dən çoxu bölgələrin payına düşür. Etiraf edək ki, bölgədəki ali təhsil müəssisələrində çalışan işçilərin əməkhaqqı paytaxtla müqayisədə xeyli aşağıdır. Bunun da bir neçə səbəbi var. Əməkhaqlarının ödənməsi vahid taariflə həyata keçirilsə də, bölgələrdə fəaliyyət göstərən universitetlərdə tələbələrin sayı az olduğuna görə müəllimlərin dərs yükü və dərs saatı Bakı ilə müqayisədə aşağıdır. Paytaxtda fəaliyyət göstərən universitet müəllimlərindən fərqli olaraq region universitetlərində işləyən müəllimlərin elmi dərəcələri də aşağı olur. Eyni zamanda əməkhaqqının yüksəlməsinə təsir göstərən digər amillər də olmur”.
K.Əsədovun fikrincə, universitet müəllimlərinin əməkhaqlarına ikili yanaşma tətbiq edilməlidir:
“Necə ki sərhəd bölgələrində xidmət göstərən hərbi qulluqçulara əməkhaqqı ikiqat verilir, o cümlədən də regionların sosial vəziyyətlərini nəzərə almaqla bölgələrdə yerləşən ali məktəb müəllimlərinin də dərs yükü nəzərə alınmaqla onların əməkhaqlarının hesablanması qaydası müəyyən qədər dəyişməlidir. Bölgələrdə fəaliyyət göstərən 3 universitetin tələbə kontingenti Bakıdakı bir universitetin tələbəsi qədərdir. Bu da universitetlərin maliyyələşməsinə təsir göstərir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat