Rus bölməsini bitirənlərin çoxu ANA dilindən kəsilib: 15 bal toplaya bilməyiblər ! – MÜZAKİRƏ
Banuçiçək Kalbalıyeva
10:28 15.09.2020
Elm və Təhsil
1631
Xanlar Xanlarzadə: “Hər il belə hallar olur. Lakin kəsilənlər iddia olunan qədər çox deyil”
Nabatəli Qulamoğlu: “Rus bölməsində oxuyanlar da Azərbaycan dilini bilməlidirlər”
Builki qəbul imtahanında rus bölməsində oxuyan abituriyentlərin çoxunun Azərbaycan dili fənnindən kəsilməsi məsələsi sosial şəbəkələrdə geniş müzakirə olunmaqdadır. Həmin abituriyent və valideynləri qınayanlar da var, onlara haqq qazandıranlar da. Əgər, həqiqətən, belədirsə, “vay halımıza” deyə bilərik.
“Sherg.az” olaraq yayılan məlumatı dəqiqləşdirmək üçün DİM-in mətbuat xidmətinin rəisi Xanlar Xanlarzadə ilə əlaqə saxladıq. O, kəsilənlərin olduğunu təsdiqlədi:
“Hər il belə hallar olur. Lakin kəsilənlər iddia olunan qədər çox deyil. Ümumiyyətlə, qayda belədir ki, həmin fəndən minimum keçid balını, yəni 15 balı toplaya bilməyənlər avtomatik olaraq kəsilirlər”.
Təhsil eksperti Nabatəli Qulamoğlu isə sözügedən neqativ hala təsir edən əsas məqam kimi sualların məzmununu göstərib:
“Düzü, builki suallarla tanış deyiləm. Amma keçən il DİM məndən xahiş etmişdi ki, hazırlanmış sualları rus dilinə tərcümə edim. Tapşırıqlar, həqiqətən, çətin idi. Əlbəttə, rus bölməsində oxuyanlar da Azərbaycan dilini bilməlidirlər.
Amma, məncə, burada dilin kommunikativ məsələləri, yəni səlis danışmaq, oxuyub anlamaq nəzərdə tutulmalıdır. Qrammatik biliklər isə əsas götürülməyə bilər.
Odur ki, hətta kommunikativ məqamları da bilməyənlərin işlərinin qeyri-məqbulla qiymətləndirilməsi anlaşılandır. Fəqət qrammatik biliklərə malik olmadığına görə rus bölməsində oxuyan abituriyenti kəsmək, fikrimcə, düzgün deyil.
Ümumiyyətlə, rus bölməsində oxuyanlara qarşı bir “səlib yürüşü başlayıb”.
Çətin sualların da həmin “yürüş”ün inikası olduğunu düşünürəm. Sözsüz ki, hərənin bir mövqeyi var. Mənim fikrimcə, rus bölməsində oxuyanlara qarşı belə münasibət düzgün deyil. Çünki onların hər birinin valideynləri vergi ödəyiciləridir. Və Azərbaycan Respublikasında təhsil azad olduğuna görə, hər kəs istədiyi bölmədə təhsil ala bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə
“Real” tarixinin ən bahalı transferini etdi
19:40 06.08.2026
Futbol