Təhsil nazirinin Gürcüstana səfəri başlayıb
10:33 20.02.2022
Elm və Təhsil
515
Təhsil naziri Emin Əmrullayevin Gürcüstana səfəri başlayıb.
APA-nın yerli bürosu xəbər verir ki, Emin Əmrullayev səfərinə Tbilisidəki Heydər Əliyev parkında Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək başlayıb.
Nazir fevralın 21-də Gürcüstanın təhsil naziri Mixeil Çxenkeli ilə görüşəcək. Görüşü zamanı “Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Gürcüstanın Təhsil və Elm Nazirliyi arasında əməkdaşlıq razılaşması” imzalanacaq. Görüşdən sonra nazirlərin mətbuata birgə açıqlaması olacaq.
Emin Əmrullayevin Tbilisidəki müxtəlif universitetlərin rektorları ilə görüşlər keçirəcəyi və iki ölkə arasında təhsil sahəsində əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi istiqamətində müzakirələr aparacağı bildirilib.
Fevralın 22-də isə Gürcüstan Baş naziri İrakli Qaribaşvili ilə görüşəcək.
Səfər proqramına əsasən, Emin Əmrullayev Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Marneuli, Bolnisi, Dmanisi, Qardabani və digər rayonlardakı azərbaycandilli məktəblərin müəllimləri və direktorları ilə də görüşlər keçirəcək.
Təhsil nazirinin Gürcüstana səfəri fevralın 23-də başa çatacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bərdədə piyadanı avtomobil vuraraq öldürüb
21:16 18.11.2026
Hadisə
Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan
21:04 18.11.2026
Cənubi Qafqaz
Milli Məclisin sədri Türkmənistana işgüzar səfərə gedib
20:52 18.11.2026
Siyasət
Paşinyanın ən çətin sınağı başlayır - Elçin Alıoğlu
20:31 18.11.2026
Gündəm
Putinlə Tramp arasında APEC sammitində danışıq baş tutmayıb
20:10 18.11.2026
Siyasət
ÜST-dən SOS - 6 addım 1,6 milyon insanın həyatını xilas edə bilər
19:58 18.11.2026
Aktual
Xosep Qvardiola Səudiyyə Ərəbistanında işləməkdən imtina edib
19:50 18.11.2026
Futbol
Lemmidən çağırış: Yenidən AB üzvü olmalıyıq!
19:42 18.11.2026
Dünya
ABŞ Qeşm adasında SEPAH-ın raket buraxılış məntəqəsini vurdu
19:28 18.11.2026
Gündəm
Əkrəm İmamoğluna iki il həbs cəzası verildi
19:12 18.11.2026
Aktual
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:24 18.11.2026
Dünya
Sumqayıtda payız-qış mövsümü ilə bağlı müşavirə keçirilib
18:22 18.11.2026
Sosial
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:09 18.11.2026
Dünya