Universitetlər müasir tələblərə uyğun kadr yetişdirə bilmir? - Nazir AÇIQLADI
Yusif Nəzərli
12:06 17.04.2023
Elm və Təhsil
603
Elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan universitetlərinin müasir tələblərə uyğun kadr yetişdirə bilməməsi ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib.
"Report"un məlumatına görə, nazir deyib ki, belə fikirlərlə razı deyil.
O söyləyib ki, ölkədə fəaliyyət göstərən dövlət qurumları və digər aidiyyəti iş yerlərində çalışanların hamısı məhz ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrini bitiriblər: "Mən özüm də universitetlərimizdən birinin məzunuyam. Bu mənada fikirləri bəzən çox ümumiləşdiririk. Son 10 ildə ölkədə ali məktəbə qəbul olan tələbələrin sayı təxminən iki dəfə artıb".
E.Əmrullayev bildirib ki, kəmiyyət artanda keyfiyyətə təsiri başa düşüləndir: "Misal olaraq, bölgələrdəki bəzi məktəblərdə vakant yerlər olsa da, insanlar bəlli səbəblərdən Bakıda və böyük şəhərlərdə işləmək istəyirlər. Bu, bir çox hallarda hətta əmək haqqı ilə bağlı da deyil. Müəllim məktəbi seçəndə həyat tərzi və ya yaşayış yerinə yaxın olmasını əsas götürür. Başqa nümunə də verə bilərəm ki, Azərbaycanda universitet bitirən yüzlərlə insan dövlət proqramı çərçivəsində dünyanın ən yaxşı ali təhsil müəssisələrinə qəbul olur. Bu səbəbdən bütün məzunlar barədə belə söz demək düzgün deyil.
Bəlkə də söhbət uyğun kadr hazırlığından gedə bilər. Bu da prosesdir. Bəzi məhdud saylı kadr olan sahə üzrə müəllimlərin işə qəbul imtahanı nümunəsində nəsə fikir söyləmək düzgün deyil".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil