Yarım milyard manatlıq kibercinayətkarlıqla bağlı mütəşəkkil dəstənin məhkəməsi başlayıb
Yarım milyard manatlıq kibercinayətkarlıqla bağlı mütəşəkkil dəstənin məhkəməsi başlayıb
11:20 13.09.2024
Hadisə
612
Külli miqdarda vəsaitin leqallaşdırılması, vergidən yayınmaqla bağlı mütəşəkkil kibercinayətkarlıqda ittiham olunan dəstə üzvləri - Qasımov Bahadır Ağaqulu oğlu, onun qardaşı İkram Qasımov, onların əmisi oğlu Qasımov Fərhad Etibar oğlu, Əzizov Cavid Hacı oğlu, Əliyev Vəli Ağamalı oğlu və Əhmədov Anar Şamil oğlunun məhkəmə istintaqı başlayıb.
"Sherg.az" APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə keçirilən məhkəmə baxışında dövlət ittihamçısı ittiham aktını elan edib.
Təqsirləndirilən Fərhad Qasımovun vəkili müdafiə etdiyi şəxsin barəsində olan həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət qaldırıb: “Fərhad Qasımov sentyabrın 10-da təcridxananın tibb məntəqəsində müayinədən keçib. Onun səhhəti yaxşı deyil, ürəyində stend var. Onun müalicəsi üçün təcridxananın tibb məntəqəsi uyğun deyil. Bu işlə ixtisaslaşmış həkim məşğul olmalıdır”.
Məhkəmə qısa müşavirə edib və vəsatət qəbul edilməyib.
Təqsirləndirilən İkram Qasımovun vəkili isə vəsatətində bildirib ki, cinayət işi üzrə olan 853 min 771 manat dəyərində qızıl-zinət əşyaları ölkəyə gətirilən zaman Birləşmiş Ərən Əmirliklərində rəsmi bəyan edilib, lakin Bakıda yoxlama məntəqəsinə gətirilən zaman əşyalar başqa şəxsə verildiyindən bəyan olunmayıb: "BƏƏ-də fəaliyyət göstərən vəkilə notariusla təsdiqlənmiş etibarnamə əsasında həmin sənədi ala bilərik. Bunun üçün də müdafiə etdiyim şəxs etibarnamə verməlidir".
O, məhkəmədən buna şərait yaradılmasını istəyib. Məhkəmə vəsatəti baxılmamış saxlayıb.
Daha sonra təqsirləndirilən şəxslərə ittiham aktına münasibət bildirmək təklif olunub. Fərhad Qasımov özünü qismən təsirli bildiyini açıqlayıb. Digər ittiham olunan şəxslər günahsız olduqlarını deyiblər. Həmçinin Bahadur Qasımov ittiham aktını əsassız və şişirdilmiş sayıb.
Proses sentyabrın 20-də davam etdiriləcək.
Qeyd edək ki, ötən il Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi Yasamal rayonu ərazisində yerləşən ofisdə qanunsuz pul köçürmələri həyata keçirilməsinə qarşı əməliyyat keçirib.
Əməliyyatla mütəşəkkil cinayətkarlıqla məşğul olmaqda şübhəli bilinən 6 nəfər - Qasımov Bahadır Ağaqulu oğlu, onun qardaşı Qasımov İkram Ağaqulu oğlu, onların əmisi oğlu Qasımov Fərhad Etibar oğlu, Əzizov Cavid Hacı oğlu, Əliyev Vəli Ağamalı oğlu və Əhmədov Anar Şamil oğlu həbs edilib.
İttihama görə, onlar xarici ölkədən Azərbaycana, Azərbaycandan xarici ölkəyə qanunsuz pul vəsaitləri köçürüblər. Onlar qanunsuz olaraq bank fəaliyyəti həyata keçirməklə külli miqdarda vergi ödəməkdən yayınıblar. Dəstə üzvləri bu işlərlə bağlı öz aralarında vəzifə bölgüsü də aparıblar.
Pulların leqallaşdırılması Bakının Yasamal rayonunda, İstanbul və Dubaydakı ofislərdə həyata keçirilib.
Şirkət vasitəsilə xarici ölkələrə ümumilikdə 254 milyon 409 min 947 manat qanunsuz pul köçürülüb. Həmin vəsaitin 1 faizi- 2 milyon 500 min manatı xidmət haqqı kimi onların özünə qalıb.
Ofisdə və İ. Qasımovun onun yaşadığı evdə axtarış zamanı 1 milyon 500 min dollar və 1 milyon 400 min manat, ABŞ istehsalı olan odlu silahlar, ümumi dəyəri 1 milyon manata yaxın qiymətləndirilən 100-ə yaxın qızıl-brilyant tapılıb.
Qızıl-zinət əşyalarının ölkəyə qaçaqmalçılıq yolu ilə gətirildiyi bildirilir.
Həbs edilmiş şəxslərin özlərinin və ailə üzvlərinin çoxsaylı əmlakı, eləcə də 100-ə yaxın bahalı avtomobilin, digər minik vasitələrinin üzərinə həbs qoyulub. Hesablamalara əsasən, bütün əmlakların ümumi bazar dəyəri yarım milyard manata yaxındır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lavrov: Rusiya Ukrayna üzrə yeni danışıqlar raunduna hazırdır
13:49 15.09.2026
Gündəm
Putinin köməkçisi: Polşanı iki günə məhv edərik
13:35 15.09.2026
Dünya
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
13:12 15.09.2026
Siyasət
"Barselona" Hansi Flikin xələfini seçdi
12:47 15.09.2026
Futbol
Bəs dənizin ortasında yosun varsa?
12:47 15.09.2026
Cəmiyyət
Astarada 74 yaşlı kişi damdan yıxılaraq ölüb
12:35 15.09.2026
Hadisə
Uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
12:25 15.09.2026
Cəmiyyət
Kəlbəcərdə 121 şagird yeni tədris ilinə başlayıb
12:12 15.09.2026
Elm və Təhsil
“Real Madrid”in sabiq hücumçusu “Valensiya”ya təklif olundu
12:07 15.09.2026
Futbol
Pan-Afrika Parlamentinin prezidenti Azərbaycana səfərə gəlib
11:57 15.09.2026
Gündəm
Sabirabadda uşaq ölü doğulub
11:14 15.09.2026
Hadisə
Yardımlıda 8 kiloqram narkotik vasitə aşkarlanıb
11:06 15.09.2026
Hadisə
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
10:57 15.09.2026
Ölkə
1665-ci gün: Rusiyanın itkiləri yeniləndi
10:27 15.09.2026
Dünya