Rusiyada "Viber" messenceri bloklanıb

Rusiyada "Viber" messenceri bloklanıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Roskomnadzor məlumat yayıb.

Bildirilib ki, qurum ölkə ərazisində "Viber" messencerini bloklayıb.

Qeyd olunub ki, "Viber" xidmətinə giriş Rusiya qanunvericiliyinin messencerdən terror və ekstremist məqsədlər üçün istifadə, onları törətməyə cəlb etmək, narkotikləri satmaq təhlükəsinin qarşısını almaq üçün, habelə qanunsuz məlumatların yerləşdirilməsi ilə əlaqədar Rusiya qanunvericiliyinin tələblərinin pozulması səbəbindən məhdudlaşdırılıb.