Yay bu il yaxşı keçir, şikayətlənməyə dəyməz - Ekoloq
Yusif Nəzərli
13:35 28.05.2025
Ekologiya
702
“Bakı indiyə kimi belə yaşıllıq görməyib. Yaşıllaşdırma idarəsi nə qədər çalışsaydı da, bu cür yaşıllığa nail ola bilməzdi. Bu, təbiətin işidir, təbiətin möcüzəsidir”
Bu yay dəhşətli istilər olacaq, qış sərt keçəndə yay da isti keçir... Nənələrimizin “proqnozu”du. Yaşlılar həmişə belə deyir, yaya görə qışı, qışa görə yayı, hətta yazın ilk 4 gününü diqqətlə müşahidə edib hər günü bir fəslə bağlamaq kimi inanclar da var. Belə baxanda, nənələrin proqnozu hədəfdən çox da yayınmır. Amma dünyada qlobal isitləşmə, buzlaqların əriməsini, karbon emissiyalarının getdikcə artmasını nəzərə alsaq, yayın ümumən mülayim-isti keçəcəyini gözləmək olar. Dünyada rekord temperaturlarsa qeydə alınmaqdadır. Birləşmiş Ərəb Əmirliklərində havanın temperaturu may ayı üçün rekord səviyyəyə çatıb. "Medicina" xəbər verir ki, Milli Meteorologiya Mərkəzinin verdiyi məlumata görə, şərqdəki Sveyhan rayonunda temperatur 51,6 dərəcəyə yüksəlib, Əbu-Dabidə isə 50,4 dərəcə qeydə alınıb. Bölgədə bu il həmişəkindən daha tez kəskin istilər düşüb. Milli Meteorologiya Mərkəzinin məlumatına görə, aprel ayında orta maksimum temperatur rekordu 42,6 dərəcəyə çatıb. BƏƏ səlahiyyətliləri sağlamlıqla bağlı xəbərdarlıqlar edib və insanları günün isti saatlarında açıq havada fiziki fəaliyyətdən çəkinməyə çağırıblar. Bakıda isə yaxın 2 gündə istiliyin 28 dərəcəni keçəcəyi bildirilir.
Bəs ölkəmizdə, yaşıllıqların azaldığı, binaların çoxaldığı paytaxtımızda yay necə keçəcək?
Ekoloq Ənvər Əliyev “Sherg.az”a açıqlamasında qeyd etdi ki, adətən əvvəlcədən verilən proqnozlar təsdiqlənmir. Hazırda ölkə ərazisində havalar çox gözəl keçir. Əsl yaz havasıdır. Hazırkı hava mənə ötən əsrin 60-70-ci illərini xatırladır.
Şəhərimiz yam-yaşıldır. Bakı indiyə kimi belə yaşıllıq görməyib. Yaşıllaşdırma idarəsi nə qədər çalışsaydı da, bu cür yaşıllığa nail ola bilməzdi. Bu, təbiətin işidir, təbiətin möcüzəsidir. Bakı kimi yarımsəhra iqlim şəraitinə malik bir şəhərdə belə mənzərələrlə qarşılaşmaq olduqca xoşdur. Mən deyərdim, əksinə, yay gecikir. O ki qaldı ayrı-ayrı yerlərdə rekord istilərin qeydə alınamsına, bu, hər region, bölgə üçün spesifikdir. Məsələn, şimal yarımkürəsində, aldığım məlumatlara görə, havalar mülayim keçir. Yüksək dərəcədə istilər yoxdur. Əksinə, məsələn, Rusiyanın şimalında, Sibirdə, o cümlədən Kanadada, şimal ökələrinin bəzisində əvvəlki illərə nisbətən daha mülayim, təsərrüfatlar üçün əlverişli iqlim şəraiti hökm sürür. Ötən il bu vaxt daha isti havalar müşahidə edilirdi. Ayrı-ayrı yerlərdə maksimumlar arta bilər, bu, həmişə olub. Amma ümumən baxdıqda iqlimin qorxulu, təhlükəli tendensiyalarından şikayətlənməyə dəyməz. Bu il həddindən artıq yağıntı olub. Sututarlarda çoxlu su ehtiyatı toplanıb. Süni suvarmaya çox yerdə ehtiyac yaranmayıb. Yağıntının bol olması çox yaxşıdır, kənd təsərrüfatına faydalıdır. İndidən demək ki, yayda qızmar istilər olacaq, doğru deyil. Bakının havası dəyişkəndir. Bir həftə, 10 gün müəyyən tendensiyalar müşahidə edilir, yayda temperatur yüksəlməsi, qışda şaxtalı havalar, bir neçə gündən sonra temperatur normallaşır, külək sərinlik gətirir. Ümumən, narahat olmağa dəyməz.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlandı
17:49 13.11.2026
Sosial
Aynur Elgünəş əməliyyat olunub
17:35 13.11.2026
Cəmiyyət
ASAN Xidmətin qarşısında hamilə qadın bıçaqlandı
17:27 13.11.2026
Hadisə
Milli Məclisdə gələn həftə dövlət büdcəsi müzakirə ediləcək
17:15 13.11.2026
Gündəm
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm
İran “neftsiz büdcə”yə hazırlaşır
15:36 13.11.2026
Dünya
Göy məscid məsələsi UNESCO-ya çıxarılmalıdır - Novella Cəfəroğlu
15:23 13.11.2026
Aktual
Növbəti həftədən beşgünlük payız tətili başlayacaq
15:03 13.11.2026
Cəmiyyət
Ukrayna Samaraya dron zərbəsi endirib, 4 nəfər ölüb
14:41 13.11.2026
Dünya
Rəqəmsal hüquqlar da əsas sənəddə əksini tapmalıdır
14:33 13.11.2026
Gündəm
SEPAH: Xameneinin qisası alınmadan müharibə bitməyəcək
14:14 13.11.2026
Gündəm