“Mən aeroporta tələsirəm” - Mixail Qusman işdən çıxarılması barədə danışmaq istəmədi
11:59 25.07.2025
Gündəm
333
“TASS İnformasiya Agentliyindən ayrılmağımla bağlı indi geniş danışmaq istəmirəm”.
Bunu Teleqraf-a açıqlamasında iyulun 24-də Rusiyanın dövlət informasiya agentliyi olan TASS-ın baş direktorunun birinci müavini vəzifəsindən azad olunan tanınmış jurnalist Mixail Qusman deyib.
O söyləyib ki, bir həftəyə məsələ ilə əlaqədar ictimaiyyətə geniş açıqlama verəcək.
Teleqraf-ın təkidli suallarına baxmayaraq, Mixail Qusman geniş danışmaqdan imtina edib:
“Mən hazırda hava limanına tələsirəm”, - o bildirib. Lakin tanınmış jurnalist haraya səyahət etdiyini açıqlamaq istəməyib.
Qeyd edək ki, iyulun 24-də Rusiyanın Baş naziri Mixail Mişustin Mixail Qusmanın vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.
Xatırladaq ki, M.Qusman 1950-ci ildə Bakıda anadan olub. O, 1999-cu ilin oktyabrında Rusiyanın dövlət informasiya agentliyi olan TASS-ın (1 oktyabr 2014-cü ilədək İTAR-TASS) baş direktorunun birinci müavini təyin edilmişdi.
Televiziya sahəsində də geniş fəaliyyəti olan M.Qusman 2000-ci ildən “Rossiya” Dövlət Telekanalında yayımlanan “Hakimiyyət formulu” verlişinin müəllifi və aparıcısıdır. O, 2001-ci ildə Rusiyanın Əməkdar mədəniyyət işçisi, 2028-ci ildə isə Əməkdar jurnalisti fəxri adları ilə təltif olunub.
M.Qusman YUNESKO-nun Rabitə üzrə Beynəlxalq Proqramının Rusiya Komitəsinə rəhbərlik edir, təşkilatın İnformasiya və Kommunikasiya üzrə Hökumətlərarası Şurasının (IPDC) və Rusiyanın YUNESKO üzrə Komissiyasının üzvüdür.
M.Qusman iyulun 19-da Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Xankəndidə keçirilən “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumuna qatılıb.
Bundan sonra rusiyalı hərbi blogerlər M.Qusmanı Qarabağa səfərinə, Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilən media forumuna qatılmasına, eləcə də Azərbaycan lideri haqqında müsbət fikirlərinə görə kəskin tənqid ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"BTC Co" I rübdə BTC üzrə əməliyyat xərclərini 6 % azaldıb
19:07 01.05.2026
İqtisadiyyat
Polis Sumqayıtda Dövlət bayrağına hörmətsizlik edən şəxsi saxlayıb
19:00 01.05.2026
Hadisə
ABŞ-də təyyarə qəzası: 5 nəfər həyatını itirib
18:58 01.05.2026
Dünya
Diplomatik korpusun nümayəndələri Şuşa qalasını ziyarət ediblər
18:53 01.05.2026
Siyasət
Prezidentin köməkçisi: BQXK-nın bu işini qənaətbəxş hesab etmirik
18:33 01.05.2026
Siyasət
Ombudsman Aparatı təhsil müəssisələrində monitorinqlər keçirdi
18:27 01.05.2026
Ölkə
Karapetyan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa qarşı çıxdı
17:47 01.05.2026
Gündəm
DİM: 6 nəfər imtahandan xaric olunub
17:42 01.05.2026
Elm və Təhsil
Buraxılış imtahanının nəticələri elan olundu
17:40 01.05.2026
Elm və Təhsil
Zelenski: Ukrayna Rusiyanın neft infrastrukturunu darmadağın edir
17:12 01.05.2026
Dünya
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm