
Fransa sosial-iqtisadi böhran içindədir, etirazlar davam edəcək - PROQNOZ
12:55 10.09.2025
Dünya
454
"Öncəki baş nazirlər sosial-iqtisadi problemləri həll edə bilmədiklərinə görə hakimiyyəti tərk etməli olmuşdular. Eyni vəziyyət yeni baş naziri də gözləyir"
Fransada kütləvi etirazlar başlayıb, vətəndaşlar hakimiyyətin iqtisadi siyasətindən narazıdırlar.
Keçmiş Baş nazir Fransua Bayrunun büdcə planına etiraz etmək üçün sosial mediada başlayan “Hər şeyi bloklayın” etiraz hərəkatının bir hissəsi olaraq Fransanın bir sıra şəhərlərində nümayişlər keçirilir.
Kütləvi etirazlar paytaxt Parislə bərabər, Marsel, Tuluza və digər başqa şəhərlərdə keçirilir, 200 nəfər saxlanılıb.
Etirazçılar küçələrdə barrikadalar qurublar, zibil qutularını yandırıblar, polis onların qarşısını almağa çalışır.
Qeyd edək ki, Fransua Bayrunun rəhbərlik etdiyi hökumət parlamentdə etimad səsverməsini təmin edə bilmədiyi üçün dağılıb. 74 yaşlı Bayrou cəmi 9 ay idi ki, vəzifədə idi. Fransada son iki ildə dörd baş nazir olub. Sələfi Mişel Barniyer kimi Bayru da büdcə gərginliyinə görə vəzifəsində qala bilməyib.
Politoloq Turab Rzayev Sherg.az-a bildirib ki, Fransada yaxın vaxtlarda sabitliyin olacağını düşünmür:

"Bunun başlıca səbəbi ölkədə mövcud olan böyük maliyyə və iqtisadi problemlərdir. Eyni zamanda, fransız cəmiyyəti uzun illərdir dövlət müavinətlərinə alışıb. Həmçinin Fransa vətəndaşları sosial dövlət modelinə öyrəşiblər. Bu dəyişikliyi qəbul etmək istəyəndə, mitinqlər, etiraz aksiyaları və piketlər təşkil edirlər. Ölkədə demək olar ki, etirazların olmadığı dövr yoxdur. Bu səbəbdən hökumət məcbur olurlar ki, sosial müavinətləri saxlasın və bunları necə idarə etməklə bağlı həssas balans qursun. Digər tərəfdən son dövrlərdə Fransa iqtisadiyyatı ciddi maliyyə problemləri ilə üzləşib. Hökumət isə xərcləri azaltmaq, sosial proqramları məhdudlaşdırmaq və “kəmər sıxma” siyasəti həyata keçirmək istəsə də, bunu etiraz aksiyaları və qarşıdurmalar səbəbindən reallaşdıra bilmir. Son dövrlərdə ölkədə siyasi hakimiyyətin dayanıqsız olmasının səbəbi də budur. Öncəki baş nazirlər də sosial-iqtisadi problemləri həll edə bilmədiklərinə görə hakimiyyəti tərk etməli olmuşdular. Eyni vəziyyət yeni baş naziri də gözləyir. Buna görə Fransada etiraz aksiyalarının davam edəcəyini və siyasi qeyri-sabitliyin qalacağını proqnozlaşdırmaq mümkündür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Beşiktaş” son 10 ilin ən yaxşı göstəricisinə imza atıb
18:50 10.11.2026
Futbol
Belçika çoban itinin fındıq sevgisi təəccübləndirdi
18:23 10.11.2026
Maraqlı
Paşinyan Parisdə Makronla görüşüb
18:11 10.11.2026
Gündəm
Bərdədə 40 yaşlı kişinin meyiti tapılıb
18:00 10.11.2026
Hadisə
Öz xəyallarında yaratdıqları Atatürk obrazı ilə... - Ərdoğan
17:37 10.11.2026
Gündəm
Tokayev: Süni sözlərə ehtiyac yoxdur
17:24 10.11.2026
Region
Jurnalistikamızın canlı KORİFEYİ...
17:11 10.11.2026
Media
Matviyenko Rusiyada miqrantların qanuniləşdirilməsinə çağırıb
17:02 10.11.2026
Dünya
Fransanın "Lion" komandasının yeni baş məşqçisi açıqlanıb
16:30 10.11.2026
Futbol
BMT: İqlim dəyişikliyi ciddi iqtisadi risklər yaradır
16:21 10.11.2026
İqtisadiyyat
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb
15:40 10.11.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
14:59 10.11.2026
Cəmiyyət
Qaradağ rayonunda 30 yaşlı kişi dəm qazından boğularaq ölüb
14:50 10.11.2026
Hadisə
Dekabrda neçə gün iş olmayacaq?
14:41 10.11.2026
Cəmiyyət
İran “Hörmüz” raketini hazırladı
14:33 10.11.2026
Region