ChatGPT şəxsiyyət soruşmağa başlayacaq
22:10 19.09.2025
Texnologiya
568
Əgər bir uşaq intihar düşüncəsini dilə gətirərsə, valideynlərlə əlaqə saxlanılacaq
OpenAI, ChatGPT üçün yaş təsdiqləməsi və valideyn nəzarəti çərçivəsində bəzi ölkələrdə şəxsiyyətin təsdiqlənməsi tətbiqinə keçəcəyini açıqlayıb.
Sherg.az xəbər verir ki, OpenAI, ChatGPT-də uşaqların təhlükəsizliyi üçün yeni tədbirlər görməyə hazırlaşarkən, bu ay valideyn nəzarəti funksiyasını istifadəyə verməyi planlaşdırır.
Şirkət həmçinin istifadəçilərin yaşını avtomatik təxmin edən bir sistem də hazırlayır. Bu sistemə görə, əgər bir şəxsin 18 yaşdan aşağı olduğu müəyyənləşərsə, çat-bot daha təhlükəsiz və yaşa uyğun bir təcrübə təqdim edəcək.
OpenAI-nin baş direktoru Sem Altman yaşın təxmininin istifadə formalarına görə ediləcəyini, şübhəli hallarda isə təhlükəsizlik səbəbilə “18 yaşdan aşağı” təcrübəsinin standart olaraq tətbiq ediləcəyini bildirib. Altman bəzi ölkələrdə və ya xüsusi hallarda şəxsiyyətin təsdiqlənməsinin də tələb oluna biləcəyini deyərək, “Bunun böyüklər üçün məxfilik baxımından bir güzəşt olduğunu bilirik, amma bunun dəyərli bir dəyişmə olduğuna inanırıq” ifadəsini işlədib.
Altman, ChatGPT-nin böyüklər üçün daha geniş bir azadlıq çərçivəsində işləyəcəyini, lakin 18 yaşdan aşağı istifadəçilər üçün flört məzmunlu dialoqların və intihar mövzulu yönləndirmələrin qəti şəkildə bloklanacağını vurğulayıb. O həmçinin bildirib ki, əgər bir uşaq intihar düşüncəsini dilə gətirərsə, valideynlərlə əlaqə saxlanılacaq və lazım gələrsə, səlahiyyətli orqanlar məlumatlandırılacaq.
Bu addımlar OpenAI-yə qarşı açılmış yüksək profilli bir iddiadan sonra atılıb.
Şirkət ABŞ-də bir ailənin ChatGPT-nin “intihar məşqçisi” kimi davranaraq gənc oğullarının həyatına son qoymasına səbəb olduğu iddiası ilə açdığı məhkəmə işi səbəbindən ictimaiyyətin və tənzimləyici qurumların ciddi nəzarəti altındadır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bərdədə piyadanı avtomobil vuraraq öldürüb
21:16 18.11.2026
Hadisə
Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan
21:04 18.11.2026
Cənubi Qafqaz
Milli Məclisin sədri Türkmənistana işgüzar səfərə gedib
20:52 18.11.2026
Siyasət
Paşinyanın ən çətin sınağı başlayır - Elçin Alıoğlu
20:31 18.11.2026
Gündəm
Putinlə Tramp arasında APEC sammitində danışıq baş tutmayıb
20:10 18.11.2026
Siyasət
ÜST-dən SOS - 6 addım 1,6 milyon insanın həyatını xilas edə bilər
19:58 18.11.2026
Aktual
Xosep Qvardiola Səudiyyə Ərəbistanında işləməkdən imtina edib
19:50 18.11.2026
Futbol
Lemmidən çağırış: Yenidən AB üzvü olmalıyıq!
19:42 18.11.2026
Dünya
ABŞ Qeşm adasında SEPAH-ın raket buraxılış məntəqəsini vurdu
19:28 18.11.2026
Gündəm
Əkrəm İmamoğluna iki il həbs cəzası verildi
19:12 18.11.2026
Aktual
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:24 18.11.2026
Dünya
Sumqayıtda payız-qış mövsümü ilə bağlı müşavirə keçirilib
18:22 18.11.2026
Sosial
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:09 18.11.2026
Dünya