ABŞ-də OpenAI ilə bağlı məhkəmə prosesində çıxış edən Elon Mask süni intellektin gələcəyi ilə bağlı diqqətçəkən fikirlər səsləndirib. O, bildirib ki, süni intellekt insanlığı daha rifahlı edə bilər, lakin eyni zamanda böyük risklər daşıyır: “Hamımızı daha yaxşı vəziyyətə gətirə bilər, amma eyni zamanda hamımızı da öldürə bilər.”
Sherg.az xəbər verir ki, Mask süni intellektin inkişafını çox ağıllı uşağın tərbiyəsinə bənzədərək qeyd edib ki, onu tam nəzarətdə saxlamaq mümkün deyil, yalnız düzgün dəyərlərlə istiqamətləndirmək olar. Onun sözlərinə görə, yaxın gələcəkdə süni intellekt insan səviyyəsində zəka göstərə bilər.
Məhkəmə çərçivəsində Mask Sam Altman və Greg Brockmanı “insanlığa fayda missiyasına xəyanət etməkdə” ittiham edib və OpenAI-ın artıq kommersiya maraqlarına üstünlük verdiyini iddia edib. Proses üzrə dinləmələrin bir neçə həftə davam edəcəyi gözlənilir.