“Ölü” zonalarda keyfiyyətli radio siqnalların qəbulu mümkün olacaq
“Ölü” zonalarda keyfiyyətli radio siqnalların qəbulu mümkün olacaq
12:17 22.01.2024
Texnologiya
1361
“Azərbaycan Respublikasının ərazisində radioyayım şəbəkəsinin genişləndirilməsi üçün maliyyə vəsaitinin ayrılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2023-cü il tarixli Sərəncamının icrası istiqamətində “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi tərəfindən işlər davam etdirilir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən verilən xəbərə görə, ötən dövrdə bütün ölkə üzrə əsas Radio-Televiziya Yayım Stansiyalarından FM radio yayımların genişləndirilməsi üçün texniki planlama aparılıb və yayım avadanlıqlarının istehsalçıları ilə müqavilələr bağlanılıb. Artıq bir qisim avadanlıqlar çatdırılıb və onların stansiyalarda quraşdırılmasına başlanılıb. Yaxın aylarda bütün avadanlıqların çatdırılması və quraşdırma işlərinin 2024-cü ilin ilk yarısınadək başa çatdırılması nəzərdə tutulur.
Sözügedən Sərəncamın icrası nəticəsində yayım infrastrukturunda təkmilləşdirmə işləri aparılmaqla ölkə ərazisində radioyayımların dayanıqlığı və keyfiyyəti yüksələcək. Eləcə də bölgələrdə yayımlanan radioproqramların sayı əhəmiyyətli dərəcədə artacaq. Bu isə öz növbəsində bütün ölkə əhalisinin yerli radioproqramlara əlçatanlığının artması ilə nəticələnəcək. Həmçinin əvvəlki illərdə FM radio yayımı üzrə aparılan radiomonitorinqlər zamanı aşkarlanan “ölü” zonalarda keyfiyyətli radio siqnalların qəbulu mümkün olacaq.
Qeyd edək ki, televiziya yayımı üzrə ötən il aparılan radiomonitorinqlərin nəticələri əsasında Bakı Teleqüllə Kompleksində istismar olunan texniki yayım vasitələrində tənzimləmə işləri aparılmaqla və digər zəruri texniki tədbirlər görülməklə Bakı şəhəri və Abşeron yarımadası ərazisində televiziya yayımlarının keyfiyyətinin daha da artırılması təmin edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan Avropanın strateji tərəfdaşına çevrilib - ŞƏRH
17:03 09.07.2026
İqtisadiyyat
Süni intellekt üçün internet Bakcelldən
16:54 09.07.2026
Ölkə
Arzum üçün imza toplanır
16:40 09.07.2026
Cəmiyyət
“İrəvan Moskvadan qopa bilməz” - Politoloq
16:07 09.07.2026
Siyasət
NATO Sammiti: Ankara Qərb, Rusiya və Asiya arasında balans qurur
15:54 09.07.2026
Gündəm
“Jiquli”nin baqajında daşınan ətlər: İqtisadçıdan XƏBƏRDARLIQ
15:50 09.07.2026
Sağlamlıq
İran ABŞ-ı Buşehr AES-in yaxınlığına hücumda ittiham edir
15:50 09.07.2026
Dünya
AZAL sərnişin daşımalarını 5% artırıb
15:42 09.07.2026
Aktual
14 iyuldan MİQ üzrə test imtahanlarına start veriləcək
15:18 09.07.2026
Elm və Təhsil
Altı ayda 15 420 cinayət qeydə alınıb
14:45 09.07.2026
Gündəm
İranın Buşehr vilayətində partlayış səsləri eşidilib
14:19 09.07.2026
Dünya
Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi
14:06 09.07.2026
Gündəm
Peskov: Tramp hələ ki NATO sammitindən sonra Putinə zəng etməyib
13:57 09.07.2026
Dünya
Tramp: Putin və Zelenski sülh sazişi imzalamaq istəyir
12:51 09.07.2026
Gündəm
Sabunçuda 48 kiloqram narkotik vasitə aşkarlandı - VİDEO
12:44 09.07.2026
Hadisə