Millət Vəkili Sabir Rüstəmxanlı süni intellektə ünvanladığı suallar və əldə etdiyi cavabları şəxsi “Facebook” səhifəsində paylaşıb. Paylaşımda deputatın Sİ-yə Azərbaycançılıqla və özü ilə bağlı verdiyi suallar yer alıb
Mövzu ilə bağlı Sabir Rüstəmxanlı Sherg.az-ın suallarını cavablayıb:
- Süni İntellektin cavablarından razı qaldınızmı?
-Süni İntellektin bəzi yanaşmaları ilə razı deyiləm. Amma Sİ heç nəyi özündən uydurmur. O bizim kitablarımıza, məlumat bazalarımıza olan fikirlərə əsaslanır. Görünür, orada bütün düşüncələrimizi yetərincə ifadə elə bilməmişik. Ona görə süni intelektin indiki şəkildə təhlili məni qane etdi.
-Normal həyatınızda Sİ-dən istifadə edirsinizmi?
-Az hallardaistifadə edirəm. Süni intelekt məni narahat eləmir. Məni narahat edən informasiya bazamızdır. Orada dilimizlə, mədəniyyətimizlə, tariximizlə bağlı nə qədər çox məlumat olsa, süni intelekt də bizə o qədər yaxşı informasiya təqdim edə bilər. həm xalqı, həm tariximizi, həm mədəniyyətimizi. Məlumat bazasını zənginləşdirmək lazımdır. Süni intelekt ona əsaslanır, Sİ özündən bizim üçün heç nə uydurmur.