Süni intellektin növbəti qazananı: AMD bir trilyon dolları keçdi

ABŞ-nin çip istehsalçısı "Advanced Micro Devices" (AMD) şirkətinin bazar kapitallaşması sentyabrın 21-də ilk dəfə 1 trilyon dolları ötüb.

Oxu.Az "Reuters"ə istinadən xəbər verir ki, şirkətin səhmləri süni intellekt texnologiyalarına tələbatın artması fonunda tarixi maksimuma yüksəlib.

AMD-nin səhmləri 10% bahalaşaraq 615.99 dollara çatıb. Bununla da şirkətin bazar kapitallaşması 1 trilyon dolları keçib.

AMD "Nvidia", "Broadcom" və "Micron"dan sonra bazar kapitallaşması 1 trilyon dolları aşan dördüncü ABŞ çip istehsalçısı olub.

Qeyd edək ki, "Nvidia" bu həddə 2023-cü ildə çatıb. Hazırda şirkətin bazar kapitallaşması 5 trilyon dollardan çoxdur və "Nvidia" dünyanın ən dəyərli şirkətidir.