Ərəb şeyxlərinin qadın və narkotika marağı: Şəriət qanunlarının heyfini çıxırlar

Birləşmiş Ərəb Əmirliklərinin Şarika əmirliyi taxtının varisi sayılan Şeyx Xalid bin Sultan əl Qasımi keçən həftə Londonun ən bahalı yerlərindən birindəki villasında keçirdiyi seks və narkotika partisindən sonra öldü. Ərəb şahzadənin faciəli şəkildə ölümü, əvvəlki hadisələri də yada salıb
Sherg.az bildirir ki, ərəb şahzadələrinin bu əməlləri ilə bağlı Türkiyənin “Milliyət” qəzetində məqalə dərc edilib. Həmin məqaləni oxucularımıza təqdim edirik: 
Bir tərəfdə bahalı avtomobillər, üstü qızıl ləl-cəvahirətlə bəzənmiş “Range Rover”lər, manikenləlrə qrup seks və kokain qonaqlıqları… Digər tərəfdə isə şəriət rejimi, şəhzadələrin etdiklərini ölkələrində edənlərə edam cəzası, ya da ən yaxşı halda şallaqlanaraq həbsxanaya göndərilənlərin ölkəsi…
Neft zəngini olan Körfəz ölkələrini idarə edən şəhzadə və şeyxlərin, öz ölkələrində qadağan edilən hər şeyi xaricdə ən ifrat formada etdikləri, sərvətləri hesabına Avropa və Amerikada tamamilə lüks, dəbdəbəli həyat yaşamaqları dünyanın ikiüzlülüyündən xəbər verir. 

Hər həftənin sonunda seks və narkotika qonaqlıqları…


BƏƏ-dəki 7 əmirlikdən biri olan Şarika Əmirliyinin varisi, 39 yaşındakı Şeyx Xalid bin Sultan əl Qasımi ötən həftə qeyd etdiyimiz kimi Londonda öldü. Bundan sonra gözlər Körfəz ölkələrindəki ərəb şahzadələrin gizli yaşamlarına çevrildi.Əslində moda mütəxəssisi olan Şeyx Xalidin narkotika qonaqlığında ölməsi, ailə üçün ilk deyil. Onun böyük qardaşı Şeyx Məhəmməd bin Sultan əl Qasımi də 1999-cu ildə Sussexde, ailəsinə aid 3 milyon sterlinq qiyməti olan malikanəsində heroini aşırı dozada istifadə etdiyi üçün ölüb. İngilis şou qəzet və jurnalları Şeyx Xalidin də davamlı olaraq, hər həftə sonları  narkotika və seks qonaqlıqları təşkil etdiyini yazıb. Qasıminin sahibi olduğu kişi geyim markasının işçilərinin ifadələrinə görə, BƏƏ şahzadəsi hər həftənin sonunda ingilis imkanlılarının da aralarında olduğu geniş qonaqlıqlar təşkil edirmiş. İşçiləri bildiriblər ki, Şeyx Xalid cinsi əlaqənin uzunmüddətli olması üçün müxtəlif gücləndirici həblər istifadə edirmiş. Bu hadisə zəngin ərəblərin öz ölkələrində hökm sürən şəriət qanunlarına görə istədikləri hərəkətləri edə bilmədiyini, xaricə getdikdə isə yaşaya bilmədiklərinin “heyfini çıxmaq”ını göstərir. Xüsusən də İngiltərədə London,  ABŞ-da Los Anceles küçələri, hər yay Yaxın Şərqin qovurucu istisindən qaçıb gedən zəngin ərəb şahzadələrinin son model avtomobilləri ilə dolu olur. Onlar həmin şəhərlərdəki malikanələrində seks və narkotika qonaqlıqları təşkil edirlər. 

Mən şahzadəyəm, heç kim mənə heç nə edə bilməz


Ərəb pleyboyları Londonda daha çox “Harrods” mağazası ilə “Dorchester” və “Claridges” otelləri yaxınlığında görünürlər. Xüsusən Qətər, Səudiyyə Ərəbistanı, BƏƏ və Küveytdən gələn şahzadələr, lüks avtomobillərini təxminən 30 min dollar öz ölkələrindən təyyarə ilə gətirdirlər. Hətta Qətər Hava Yollarının yay aylarında bir təyyarəni ərəb şahzadələrin maşınlarını Avropa və ABŞ-a daşımaq üçün ayırdığı deyilir. Neft zəngini ərəb ölkələrinin pulu haraya xərcləyəcəyini bilməyən şeyx və şahzadələrinin çoxu ölkələrindən xaricə çıxdığında, “mən zənginəm, istədiyimi edərəm” prinsipləri ilə hərəkət edirlər. 

Qulluqçu qadınları 3 gün boyunca…


Bundan bir neçə il əvvəl 28 yaşındakı Səudiyyə şahzadəsi Məcid Abdülaziz əl Səud, Los Ancelsdəki malikanəsində işləyən bir qadına təcavüz etdiyinə görə həbs olundu. Onun həbsindən sonra evdə təmizlik işləri görən üç qadın da Əl Səudun onlara təcavüz etməsinə görə şikayət etdilər. Qadınlar Səudun onlara üç gün boyu narkotika verərəl zorladığını, buraxması üçün yalvardıqlarını amma şahzadənin “siz qadın deyilsiniz, heç nəsiz, mən şahzadəyəm, kimsə mənə nəsə edə bilməz” dediyini söyləyiblər. 

Bundan əvvəl də narkotikadan ölən şeyxlər olub


Ondan bir neçə ay əvvəl İngiltərədə Şahzadə Harrinin məktəbi olaraq bilinən Sandhurst Hərbi Akademiyasından məzun olan milyarder Dubay şahzadəsi Şeyx Rəşid bin Məhəmməd bin Rəşid əl Maktum da, iddialara göre narkotikanı aşırı dozada qəbul etdiyi üçün 33 yaşında ölüb. Ərəb şeyxlərinin “qonaqlıq” marağı sadəcə Avropada deyil, Türkiyəyə də sıçrayıb. Bir neçə il əvvəl Bodrum sahillərinə gələn dünyanın ən bahalı meqa lüks yaxtının Səudiyyə Kraliyyət Ailəsi tərəfindən icarələndiyi ortaya çıxmışdı. İngilis bayraqlı yaxt “Solandge”ni icarəyə götürən Səudiyyə Ərəbistanı şahzadəsi Navaf Əl Səud, Bodrumda diger şahzadə və şeyxlərlə birlikdə, modellərlə əylənib pullar səpələyərkən görüntülənmişdi.
Paylaş
Bizi Facebookda izləyin
Anar Bayramoğlu Yazarın yazıları
menu
menu