Məcburi köçkündən Prezidentə məktub var: “Azərbaycanın bu günü bizi qane edir və gələcəyindən də arxayınıq”


Bütün dünyanı cənginə almış koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar, əhalinin sağlamlığının qorunması üçün gördüyü işlər Azərbaycan vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanır. Vətəndaşlarımız Azərbaycan xalqının bu bəladan xilas olması üçün dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona yazdıqları minnətdarlıq məktublarında ifadə edirlər.

Məcburi köçkün Zülfiyyə Əliyeva Prezidentə yazır:

 “Hörmətli cənab Prezident, mən Füzuli rayonundan məcburi köçkünəm. Dövlətimizin bugünkü şəraitinə baxanda Sizə minnətdarlıq hissi duyuram. Bu səviyyəyə qədər qət etdiyimiz yollar gözümün önündən keçir. Azərbaycanın bu günü bizi qane edir və gələcəyindən də arxayınıq. Sizə inanırıq. Nə yaxşı ki, varsınız!”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu