Fransa Ukraynaya 3-cü Piyada Alayının əsgərlərini göndərib

Fransa Ukraynaya 3-cü Piyada Alayının əsgərlərini göndərib.
APA-nın “Asia Times”a istinadən xəbərinə görə, onların 54-cü Mexanikləşdirilmiş Briqadanın şəxsi heyətinə dəstək məqsədilə yola salınıb.

İlkin mərhələdə göndərilən əsgərlərin sayı 100 nəfər olsa da, bu sayın 1500 nəfərədək artırılacağı bildirilir. Onların əsasən Donbass cəbhəsinin müdafiəsində iştirak edəcəyi açıqlanıb.

Müşahidəçilərin fikrincə, hazırda Rusiyanın bu addımı III Dünya müharibəsinin başlanması kimi nəzərdən keçirib-keçirməyəcəyi maraq doğurur