Hikmət Hacıyev: Bu, yalan məlumatın yayılmasına səbəb olur

Texnoloji inkişaf, rəqəmsallaşdırma informasiyanın sürətlə yayılması ilə bərabər, yalan məlumatın da yayılmasına səbəb olur.

Sherg.az Report-a istinadla xəbər verir ki, bunu II Qlobal Media Forumunun ikinci iş günündə çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O qeyd edib ki, dezinformasiya xəbərlərlə manipulyasiya etməyə imkan verir.