Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi güclənəcək, intensiv yağış yağacaq

Bakıda və Abşeron yarımadasında mayın 5-i axşamdan 7-si səhərədək şimal-qərb küləyinin 15-20 m/s, bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometerologiya xidməti məlumat yayıb.

6-sı gecə və axşam, 7-si günün birinci yarısında bəzi yerlərdə arabir yağış yağacağı, gecə saatlarında yarımadanın bəzi yerlərində qısamüddətə intensivləşəcəyi ehtimalı var.