Sumqayıtda mənzildən qadın meyiti tapılıb

Sumqayıtda 53 yaşlı qadının meyiti tapılıb.

APA xəbər verir ki, hadisə 14-cü məhəllədə qeydə alınıb.

1971-ci il təvəllüdlü Naybə Məhəmməd qızı Quliyevanın meyiti kirayə yaşadığı mənzildə aşkar olunub.

Meyit aidiyyatı üzrə təhvil verilib, fakt araşdırılır.