TikTok YouTube-a rəqib olur: Saatlıq videolar sınaqdan keçirilir

Dünyanın ən populyar tətbiqlərindən biri olan TikTok YouTube-u qorxuda biləcək addım atıb. Şirkət bir saatlıq video yükləmələri sınaqdan keçirməyə başladığını açıqladı.

Sherg.az xarici  mediaya istinadən xəbər verir ki, TikTok video müddətini artırmaq üçün səylərini sürətləndirib. Tətbiq menecerləri maksimum video uzunluğunun 60 dəqiqə olması üçün işə başladıqlarını açıqlayıblar.


Hələ sınaq mərhələsində olan bu funksiya “TikTok YouTube-a rəqib olmaq yolunbdadır” kimi şərhlərə səbəb olub.

TikTok yeni funksiyanı sınaqdan keçirdiyini bildirsə də, onun nə vaxt istifadəçilərə təqdim ediləcəyi ilə bağlı açıqlama verməyib.

Bununla belə, 1 saatlıq videoların dərhal gəlməsi çətin görünür, çünki hazırda yüklənən maksimum video müddəti 10 dəqiqədir.