Quba-Xaçmaz yolunu sel basıb

Quba Xaçmaz avtomobil yolunda sel suları avtomobillərin hərəkətinə çətinlik yaradıb.

APA-nın Şimal bürosu xəbər verir ki, qısamüddətli yağan leysan yağışları zamanı Bakı-Quba-Rusiya Federasiyası ilə sərhəddə olan ödənişli avtomobil yol qovşağı sel suları ilə dolub.
Nəticədə 30-40 sm hündürlüyündə gölməçə yaranıb.

Əraziya polis əməkdaşları cəlb olunub, aidiyyatı qurumlara məlumat verilib.