Stressi dərhal sıfırlayan "4 dəqiqə" texnikası! 

Güclü iş stresi, sosial əlaqələr və narahatlıq əlamətləri bir çox insanın həyatında dərin izlər qoyur. Araşdırmaya görə, stressi azaltmaq üçün "4 dəqiqəlik texnika" adlı bir məşq tapılıb. Sınayanlar bunun həyat qurtardığını deyirlər.

Stressi azaltdığı deyilən fiziki bir müdaxilə olan bu prosedur bədəni daha rahat dincəlməsinə imkan verir. Bu çox sadə üsullar stresli anlarda xilaskarınız ola bilər. İnsanların bu mövzuda nəyə ehtiyacları olduğunu anlaması böyük əhəmiyyət kəsb edir. Sherg.az təfərrüatlar.ı təqdim edir:


Qulağa qəribə gəlsə də, illər ərzində aparılan bir çox klinik tədqiqatlarda “toxunmağın”  bir elmi olduğu önə çəkilir. Yəni, toxunma hərəkətlərinin  emosional bədəninizə  təsiri olduğu görünür. Toxunmaqla durğun enerjini effektiv bir şəkilə salmaq olur. 


Stressi aradan qaldırmaq üçün toxunma necə edilməlidir?

Əvvəlcə sizi narahat edən əsas düşüncəni müəyyən etmək çox vacibdir. Hər şeyin təməli elə bu anda başladığı üçün stress mövzusundan  qaçmamalısınız. Əəsas duyğu, düşüncə, inanc və ya fiziki hissləri siz özünüz üçün müəyyənləşdirməlisiniz.


Stress və narahatlıq səviyyənizi 0-dan 10-a qədər qiymətləndirməlisiniz.  10 indiyə qədər hiss etdiyiniz ən çox sıxıntı anlamına gəlsin, 1 isə ən yaxşı vəziyyətdə olduğunuzu ifadə etsin.




İçinizdəki problemin nə olduğunu sözlə ifadə etmək olduqca faydalı bir üsuldur. Ancaq bunu yüksək səslə söyləyərkən sizə dəstək olmaq üçün etməli olduğunuz müxtəlif fiziki məşqlər var. Probleminizi yüksək səslə ifadə edərkən, əlinizin yan tərəfinə iki barmağınızla toxuna və ya basa bilərsiniz.

Araşdırmaya görə, içinizi rahatlamaq, özünüzlə üzləşmək və qəbul etmək üçün etdiyiniz bu hərəkətləri fiziki təmasla dəstəkləməlisiniz. Səkkiz nöqtə; əlin yan tərəfi, qaş, gözün yan tərəfi, göz altı, burun altı, çənə, körpücük sümüyü, qolun altı və başın üstüdür. Özünüzü yaxşı hiss etmək və bəzi şeyləri qəbul etmək üçün qısa xatırlatma cümlələri söyləyərək səkkiz nöqtəyə toxunmaq sizə rahatladacaq.

Dərindən nəfəs alın və stresinizi göstərən reytinqə uyğun olaraq təkrar qiymətləndirmə edə bilərsiniz. Başladığınız sıralamadan aşağıda deyilsə, fasilə verib yenidən cəhd edə bilərsiniz. Bu addımlar təxminən 4 dəqiqə çəkəcək. Stress hiss etdiyiniz zaman özünüzə 4 dəqiqə ayıra bilərsiniz.